Accessibility links

ADP sədri dövlət çevrilişi ilə bağlı ittihamları rədd edir


Bu gün Azərbaycan parlamentinin sabiq sədri, ADP lideri Rəsul Quliyev telefon vasitəsilə 17 oktyabr hadisələrindən sonra ilk mətbuat konfranısını keçirib. Cənab Quliyev vətənə dönəcəyi ilə bağlı sabah Azadlıq blokunun və onun dönüşünü hazırlayan Milli Komitənin icalsında qərar qəbul ediləcəyini bildirib. ADP sədri son günlər iki nazirin və bir neçə yüksək vəzifəli dövlət məmurunın həbsinin onunla hər hansı əlaqəsinin olmadığını deyib. Onun fikrincə, Azərbaycanda dövlət çevrilişindən söhbət belə getmir və baş verənlər isə rüşvətxor, korrupsioner qrupların hakimiyyətdaxili mübarizəsidir. Eks-spiker prezident İlham Əliyevi rüşvət almaqda günahlandırıb. Onun sözlərinə görə, rüşvət alma faktı ötən əsrin doxsanıncı illərinin ortalarında olub. Cənab Quliyev rüşvət faktlarını məhkəmədə sübut etməyə hazır olduğunu da bəyan edib. Öz növbəsində, Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Amerikanın səsi radiosuna ADP sədrinin dediklərini təkzib edib. Onun fikrincə, Rəsul Quliyevin bəyantalırının əsası yoxdur və bu sözləri neçə illərdir təkrarlayır. Cənab Həsənov ADP liderinin son günldər baş verən hadisələrlə bağlı dedklərinə də münasibət bildirib. O baş verənlərə ən dolğun qiyməti istintaqın verəcəyinə ümidlidir. Daxili İşlər nazirinin müavini Oruc Zalov isə Rəsul Quliyev vətənə dönən kimi həbs olunacağını bir daha bəyan edib. Onun sözlərinə görə, məhkəmənin ADP sədrinin həbsi ilə bağlı seçdiyi həbs qəti imkan tədbirinin icrası daxili işlər orqanlarına tapşırılıb. Bunlara baxmayaraq, yüksək vəziyəli şəxslərin vəzifədən uzaqlaşdırılması bu gün də davam edib. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu dəfə «Azərkimya» dövlət şirkətinin prezidenti Fikrət Sadıqov vəziyəsi ilə vidalaşıb. Bir neçə gün öncə isə səhiyyə nazirliyinin büdcədənkənar tibbi xidmət şöbəsinin rəisi Vəkil Abbasov və Nəsimi rayon polis idlarəsinin rəis müavini İlqar Rəhimzadə saxlanıb. Müstəqil ekspertlər rəsmi şəxslərin vəzifədən azad edilməsi və həbslər dalğasının davam edəcəyini bildirir. Bu gün də əhali arasında daha bir neçə nəfər yüksək vəzifəli məmurun həbs ediləcəyi ilə bağlı şaiyələr dolaşmaqdadır. Sabahı gözəlyək. Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun və iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkilləri isə hüquq-mühafiəz orqanlarının onlar barədə irəli sürdüyü ittihamlara etiraz edir. Əli İnsanovun vəkili Toğrul Babayev Amerikanın səsi radiosuna bildirib ki, Nəsimi məhkəməsinin hakimi Famil Nəsibov bütün hüquq normalarını pozaraq oktyabrın 22-də Milli Təhlükəsizlik Nazirliyində keçmiş səhiyyə nazirinin 3 ay müddətində təqsirləndirilən şəxs kimi saxlanması barədə qərar qəbul edib. Vəkilin sözlərinə görə, keçmiş səhiyyə naziri Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui istifadə, rüşvət alma, hakimiyyəti zorla ələ keçirmə maddələri ilə təqsirləndirələn şəxs qismində saxlanır. "Əli İnsanov özünü təqsirli bilmir və bu səbəbdən də ifadə verməkdən imtina edib"-deyə vəkil bildirib. Vəkilin keçmiş səhiyyə nazirinin evində axtarış aparılarkən onun ailə üzvlərinin və ya hal şahidlərinin iştirak edib-etməməsi barədə məlumatı da yoxdur. "Bu barədə mənə və Əli İnsanova nə hər hansı məlumat, nə də sənəd təqdim edilməyib"-deyə o qeyd edib. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev özünü təqsirli bilmir və ona qarşı irəli sürülən ittihamları əsassız hesab edir. Vəkili Elton Quliyev bildirib ki, oktyabrIn 21-də cənab Əliyevin barəsində həbs qəti imkan tədbiri seçilib və qərarı Nəsimi Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov məçhkəmə binasında deyil, MTN-nin istintaq idarəsində oxuyub.
XS
SM
MD
LG