Accessibility links

ABŞ Dövlət Departamenti 2006-cı maliyyə ilində Azərbaycana yardımlarını davam etdirəcək


Bakının Buzovna qəsəbəsində yerləşən vərəm xəstəliyinə tutulmuş uşaqlar üçün 13 saylı internat məktəbin sanitariya hissəsinin əsaslı yenidənqurmadan sonra açılışı olub. Açılışda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə humanitar proqramlar direktoru Cerri Oberndorver, Nazirlər Kabinetinin məsul nümayəndəsi, ABŞ səfirliyinin təmsilçisi, layihəni reallaşdıran UMKOR qeyri-hökumtə təşkilatının nümayəndələri iştirak edib. UMKOR təşkilatının Azərbaycan üzrə rəhbəri Fəxriyyə Mehdiyeva bildirib ki, başçılıq etdiyi təşkilat ABŞ Dövlət Departamentinin maliyyə dəstəyilə məktəbin sanitar hissəsini və su qovşağını yenidən qurub. ABŞ Dövlət Departementinin Avropa və Avrsiya üzrə humanitar proqramlar direktoru Cerri Oberndorfer bildirib ki, ABŞ Dövlət Departamenti Azərbaycana humanitar yardımlarını bundan sonra da davam etdirəcək. Onun sözlərinə görə, 1992-ci ildən başlayaraq Dövlət Departamenti Azərbaycana 200 milyon dollar həcmində humanitar yardım göstərib. «İki il öncə Dövlət Departamenti yeni "kiçik bərpa" proqramını həyata keçirilməyə başlayıb. Proqram keçmiş SSRİ-yə daxil olan ölkələri əhatə edir. Bu gün proqram üzrə 22-ci layihə başa çatıb və ümumiyyətlə layihələrin dördü Azərbaycanda reallaşıb". Azərbaycan Nazirlər Kabinetinin qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov son on dörd ildə ABŞ Dövlət Departamenti və Amerikanın qeyri-hökumət təşkilatları Azərbaycanda çoxsaylı humanitar proqramlar həyata keçirdiyni deyib. Onun sözlərinə görə, 2000-ci ildən başlayaraq ABŞ təşkilatları Azərbaycanda ərzaq proqramlarından inkişaf layihələrinə keçib. Tədbirdən sonra ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə humanitar proqramlar direktoru Cerri Oberndorfer və ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik jurnalistlərin suallarına da cavab verib. Cənab Oberndorfer bildirib ki, 2006-cı maliyyə ilində ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda əlaqələndirilən və həyata keçirilən humanitar proqramların həcmi təxminən 2005-ci maliyyə ilindəki qədər olacaq. «Yardımlar ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə əlaqələndirəcək və ölkədəki qeyri-hökumət təşkilatlarıı vasitəsilə həyata keçiriləcək». ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik suallara cavabda Amerikanın Dağlaqı Qarabağa kiçik humanitar yardımlar ayırdığını təsdiq edib. Ancaq o ABŞ-ın Dağlıq Qarabağ rejimini tanımadağını bildirib. ABŞ Dövlət Departamentinin proqram rəhbəri isə Dövlət Departamentinin Ermənistan və Azərbaycanda qaçqın, məcburi köçkünlərə təxminən eyni həcmdə humanitar yardımlar ayırdığını deyib. O "Ermənistanda olan qaçqın və məcburi köçkünlərin sayının Azərbaycandan dəfələrlə az olmasına baxmayaraq hər iki tərəfə eyni miqdarda yardım edilməsinin səbəbi nədir" sualını isə belə cavablandırıb. "Ümumiyyətlə, humanitar yardımlar ehtiyacı olan təbəqələr üçün nəzərdə tutulub. Bu yardımlar qaçqınlar və məcburi köçkünlər, ehtiyacı olan təbəqələr, eyni zamanda fiziki və əqli cəhətdən zəif olanlar arasında paylanır. Biz çalaşırıq ki, bu sahədə balansı saxlayaq. Proqramlar müxtəlif sahələrdən, müxtəlif təşkilatlardan, müxtəlif ölkələrdən həyata keçirilir. Biz də öz tərəfimizdən bu proqramların bir hissəsini həyata keçirməyə çalışırıq. Ümumilikdə isə proqramlar balanslaşdırılmış şəkildə həyata keçirilir ". Ancaq Dövlət Departamentinin proqram direktoru balansın nədən ibarət olduğunu izah etməyib. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik Amerikanın səsi radiosunun Azərbaycana mətbuata qarşı son iddialdarla bağlı sualana da cavab verib. O Azərbaycan daxili işlər nazirinin mətbuat nümayəndələri ilə görüşünü yüksək qiymətləndirib və bunu çox yaxşı fikir adlandırıb.
XS
SM
MD
LG