Accessibility links

Azərbaycanda bəzi dövlət qurumlarının internet saytı yoxdur


Azərbaycan İnternet Forumunun prezidenti Osman Qunduz ölkədə internet resurslarının inkişaf etdiyini bildirir. Onun sözlərinə görə, dövlət qurumlarının əksəriyyətinin İnternet saytları var. Ancaq bir sıra nazirlik və dövlət komitəlirinin hələ də internet saytı yoxdur və bir sıra qurumların saytları isə sadəcə mövcuddur. Cənab Qunduz dövlət qurumlarının internet resursları ilə bağlı qanun və əsasnamə olduğunu bildirib. «Bununla yanaşı, iki-üç dövlət qurumunun internet resursu bu qanun və əsasnamənin tələblərinə 40-45 faiz cavab verir. Ölkə üzrə isə bu 20 faizi ötmür».
XS
SM
MD
LG