Accessibility links

USAİD Azərbaycanda məktəblilərin iqtisadi olimpiadasını keçirib


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi “Məktəblərdə İqtisadiyyatın Tədrisi” proqramı çərçivəsində “Məktəbli Şirkətlər” layihəsinin və Tətbiqi İqtisadiyyat üzrə Milli Olimpiadanın son mərhələsi ilə bağlı “Məktəblinin Biznes Günü” keçirib. Tədbirdə Azərbaycan Təhsil nazirliyinin, yerli və beynəlxalq biznes qurumlarının nümayəndələri, məktəb icmalarının üzvləri iştirak edib. Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə koordinatoru Skot Teylor bildirilib ki, Beynəlxalq İnkişaf Agentliyi və fərdi sponsorların maliyyələşdirdiyi “Azərbaycan məktəblərində İqtisadiyyatın tədrisi” proqramı 2003-cü ildən həyata keçirilir. “Bu həm də şagirdlərin iqtisadi sahədə milli olimpiadasıdır. Belə proqramlar şagirdlərin intellektual səviyyəsinin inkişafına kömək edir. Şagirdlərin biznes planlarının yaradılmasında, eyni zamanda məhsulların təqdimatında rolunu artırır. Bu isə öz növbəsində məktəblilərin gələcəkdə biznesin təşkili sahəsinə istiqamətlənməsinə marağın artmasına səbəb olur”. Tədbirdə Bakının, Sumqayıtın, İsmayıllının və Mingəçevirin qalib məktəbləri mükafatlandırılıb.
XS
SM
MD
LG