Accessibility links

Azərbaycanda İran səfirliyi qarşısında  «Ana dilində təhsil» şüarı ilə aksiya keçirilib  


Azərbaycan Milli İstiqlal Partiyasınını fəalları «İranda yaşayan azərbaycanlılara ana dilində təhsil» şüarı ilə İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb və 8 fəal saxlanıb. Piketin qətnaməsində İranda Azərbaycan dilində təhsilə şərait yaradılması, azərbaycanlı əhalinin sıxışdırılmasına son qoyulması, həbs edilən milli hərəkat fəallarının azad edilməsi tələb edilir. AMİP-in baş katibi Fuad Muxtarov beynəlxalq təşiklatları İranda yaşayan azərbaycanlıların milli hüquqları uğrunda mübarizəsini tanımağa çağırıb. O ABŞ Dövlət Deparamtentinin İranda yaşayan azərbaycanlıların və digər azlıqların hüquqlarının dəstəklənməsi ilə bağlı bəyanatını bu istiqamətdə ilk ciddi sənəd adlanıdırıb.
XS
SM
MD
LG