Accessibility links

İranın Bakıdakı səfirliyi qarşısında Tehran rejiminə etiraz bildirilib 


Azərbaycan Milli İstiqlal partiyasının bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında icazəsiz piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb və bir neçə etirazçı saxlanıb. Aksiya iştirakçıları İranda azərbaycanlıların hüquqlarını pozan Tehran rejiminin siyasətinə etiraz edib. Xüsusilə, İranın «Aftabe Yəzd» qəzetində azərbaycanlılara qarşı yeni təhqiredici karikaturaların nəşr edilməsinə öz qəzəblərini ifadə edib və bu nəşrin müəlliflərini cəzalandırmasını tələb edib. Gültəkin Əscərova İranda hətta öz hüquqlarını müdafiə edən qadınların belə həbsə atıldığını deyir. Piketçilərdən biri İranda öz mədəni hüquqları uğrunda mübarizəyə görə insanların həbsə atılmasına etiraz etdiklərini diqqətə çatdırıb. Piket iştirakçıları bu günlərdə Azərbaycan Respubliukasında tutularaq İrana təhvil verilmiş dissident Hadi Musəvinin hüquqlarının pozulduğunu bildirib. Piketçilərdən digəri isə cənab Musəvinin geri qaytarılmasını və məhkəməsinin beynəlxalq müşahidəçilərin müşahidəsi altında keçirilməsini tələb edib. Piketin qətnaməsində də İranda azərbaycanlılara qarşı təqiblərə son qoyulması, milli hərəkatın həbs edilmiş və məhkum edilmiş fəallarına azadlıq, Azərbaycan dili və mədəniyyətinin inkişafı üçün şərait yaradılması tələb olunur.
XS
SM
MD
LG