Accessibility links

İran prezidentini müşaiyyət edən vertolyotlar Azərbaycanın dövlət sərhəddini pozub


Bu il fevralın 22-də İran prezidenti Mahmud Əhmədinejatı İranın şimalına səfəri zamanı müşaiyyət edən vertolyot dəstəsi Azərbaycanın dövlət sərhədlərini pozub. Azərbaycanın Astara şəhəri üzərində uçan pertolyotlar insanları təşvişə salıb. Azərbaycan Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyev «Amerikanın səsi» radiosunun sualının cavabında ölkənin dövlət sərhədlərini İranın vertolyotlarının pozduğunu təsdiq edib. Qeyd edək ki, yernli sakinlərin məlumatına görə, fevralın 22-də səhər İran vertolyotları Astara rayonu ərazisində Azərbaycanın hava məkanına daxil olub və 15 dəqiqə ərzində Astara şəhəri üzərində dövrə vurub. Daha 6-7 vertolyot Astaradan qərbdə, dağlarda müşahidə edilib. Azərbaycan ABŞ-ın strateji müttəfiqidir. Bu İranın Azərbaycan sərhədlərini pozması ilə bağlı ilk hadisə deyil. 2001-ci iləd İranın hərbi gəmiləri Xəzərin Azərbaycan sektorundakı neft yatağında işləyən tədiqiqat gəmisinə həmlə etmişdi.
XS
SM
MD
LG