Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru Fikrət Əliyev bu il sentyabırn 3-6-da Cənubi Azərbaycanda Zəncan Universitetində riyaziyyatçıların 38-ci konfransında iştirak edəcək 22 nəfərlik Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək.
Onun sözlərinə görə, konfransda riyaziyyat elminin qarşısında duran bir sıra problemli məsələlər müzakirə ediləcək. Həmçinin riyaziyyatçılar birgə tədqiqatlar və başqa əməkdaşlıq məsələlərini müzakirə edəcək. Cənab Əliyev İranda yaşayan riyaziyyatçı alimlərlə Azərbaycan Respublikasındakı riyaziyyatçıların əməkdaşlığının aşağı səviyyədə olduğunu bildirib. Alim bu sahədə əməkdaşlığın gücləndirilməsini vacib sayır.