Accessibility links

İrandan Avropaya aparılan 142 kiloqram heroin tutulub və İran Azərbaycana etiraz edir  


İranın Azərbaycandakı səfirliyi Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin İranın xeyrinə casusluqda günahlanldırılan «Səidin dəstəsi» adlandırılan qrupla bağlı məlumatına etiraz olaraq bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan televiziyaları 2008-ci il ərəfəsində 2007-ci ilin əvvəlindən hazırlanmağa başlanan «Səidin dəstəsi» adlı gülünc bir görüntü nümayiş etdirib: «İnanırıq ki, bu ssenari Azərbaycanın yüksək rütbəli rəsmilərinin sifarişi əsasında hazırlanmayıb. Eləcə də bunun sırf Amerika və İsrailin ssenarisi olmasını və onun hazırlanmasında Azərbaycan hakimiyyətindəki aşağı rütbələrdə olan ünsürlərin əli olmadığını söyləmək də mümkün deyil. Çox güman ki, bu ssenari, ABŞ və İsrailin kəşfiyyat orqanlarının, eləcə də Azərbaycan dövləti daxilindəki bəzi dairələrin birgə məhsuludur və bu addımla Azərbaycan hakimiyyətini bütünlüklə fakt qarşısında qoymaq niyyətini güdüblər. Ssenarinin Azərbaycanın yüksək rütbəli rəsmilərinin məlumatı ilə hazırlanmasına şübhə edirik. Sözügedən film İranla Azərbaycan arasında mövcud münasibətləri pozmaq məqsədi daşıyır. Lakin bu filmin bir gecədə Azərbaycanın bir neçə telekanalı ilə efirə verilməsi və indiki zaman kəsiyində geniş yayılması bu məsələnin, onu hazırlayanların siyasi sahələrdə hazırda qarşılaşdıqları çox mühüm məsələlərlə əlaqəli olduğunu göstərir». Açıqlamada həmçinin məlumatın xalqın diqqətini Qarabağ nizamlanmasının həssas mərhələsindən yayındırmaq, dini təfəkkürün dərinləşməsi prosesini ləngitmək, İran və Azərbaycan xalqlarının gediş-gəlişi üçün siyasi-hüquqi zəminlərin yarandığı bir vaxta düşdüyü qeyd edilir. Yeri gəlmişkən bildirim ki, Milli Təhlükəsizlik nazirliyi «Səidin dəstəsi» adlandırılan 15 nəfərlik qrupun İranın xüsusi xidmət orqanı olan İran İslam İnqilabının Mühafizə Korpusu - "SEPAH" ilə məxfi əməkdaşlıq etdiyini bildirir. Məlumatda 2005-2006-cı illərdə dəstənin üzvləri İranın müxtəlif şəhərlərində SEPAH-ın konkret əməkdaşlarından tapşırıqlar aldığı və məşqlər keçdiyi deyilir. Dəstə Bakıda fəaliyyət göstərən ABŞ, İsrail və digər dövlətlərin səfirlikləri, rəsmi nümayəndəlikləri, iqtisadi obyektləri və vətəndaşları, eləcə də "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin Azərbaycanda keçdiyi ərazilər, basdırıldığı yerlərin dərinliyi, borunun qalınlığı, mühafizə sistemi barədə məlumatlar toplayıb. MTN bildirir ki, dəstənin üzvləri ABŞ, İngiltərə və İsrailin Azərbaycanda müxtəlif fəaliyyət sahələrinə dair ümumilikdə 150-dən artıq məlumat toplayıb və materialları İran xüsusi xidmət orqanına çatdırıb. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu problenmin iki dövlət arasında mövcud olduğunu təsdiq edib. Eyni zamanda o, Azərbaycanın İranla münasibətlərinin inkişafında maraqlı olduğunu bəyan edib. Öz növbəsində, müstəqil ekspertlər İranın bəyanatını dipolomatik etikadan kənar və hədə çağrışları kimi qiymətləndirir. «Təhlükəsizlik Araşdırmaları» mərkəzinin rəhbəri İlham İsmayıl hesab edir ki, MTN-nin bəyanatı yüksək səviyyədə razılaşdırılıb və İranın təhlükələrindən xəbər verir. Onun sözlərinə görə, «Səidin dəstəsi» həbs olunduqdan sonra iki dövlət rəhbərləri arasında görüşlər də keçirilib. «Şərq-Qərb» Araşdırmalar mərkəznin rəhbəri Ərəstun Oruclunun fikrincə, Azərbaycanq tərəfinin məlumatı real təhlükələri cəmiyyətə çatdırır. İran tərəfi isə bununla bağlı izahat vermək əvəzinə hədə notlarına və qeyri-etik ifadələrə üstünlük verir. Cənab İsmayıl təhlükələrdən danışarkən deyib ki, məhkəmə prosesində aşkarlanan faktlar İran hökumətinin Azərbaycana qarşı siyasətinin daha bir göstəricisidir. Ərəstun Oruclu SEPAH-ın qonşu dövlətlərdə kəşifyyat şəbəkəsinin olduğunun dəfələrlə sübut olunduğunu deyib. Onun fikrincə, İran məhkəmədə sübuta yetirilən real faktları diplomatik qalmaqala çevirməklə diqqəti faktlardan yayındırmağa cəhd edir. Elə bu gün Milli Təhlükəsizlik nazirliyi böyük miqdarda narkotik vasitənin Avropaya aparılmasının qarşısını alıb. MTN-nin məlumatına görə, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilərək, Avropaya ötürülməsi nəzərdə tutulan 142 kioqram heroin götürülüb, dörd nəfər Türkiyə vətəndaşı barədə həbs qəti imkan tədbiri seçilib. MTN-in ictimayyətlə əlaqələr mərkəzəinin rəhbəri Arif Babayev «Amerikanın səsi» radiosuna bildirib ki, bu şərqi Avropa regionunda son illər tutulan ən böyük narkotik partiyalardan biridir.
XS
SM
MD
LG