Accessibility links

Azərbaycan təhlükəsizlik orqanları İrandan gətirilən 50 kiloqram narkotik tutub


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilən 50 kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkar olunaraq götürülüb. Bu barədə MTN-in ictimai əlaqələr mərkəzi məlumat yayıb.
Bu il fevralın 9-da faktla bağlı üç Azərbaycan vətəndaşı, habelə hazırda şəxsiyyəti istintaqda araşdırılan İran vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizli yolla keçirərək İrandan Azərbaycan ərazisinə gətirib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.


XS
SM
MD
LG