Accessibility links

İranda Xəzəryanı dövlətlərin dövlət başçılarının Sammiti olacaq


Oktyabrın ikinci yarısında Tehranda xəzəryanı dövlətlərin dövlət başçılarının sammiti nəzərdə tutulub. Bu, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsində yanaşmaları dəqiqləşdirmək və mövqeləri yaxınlaşdırmaq üçün yaxşı imkan olacaq. Dövlət başçılarının zirvə toplanqtısında imzalanacaq bəyannamənin mətni də artıq razılaşdırılıb. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun fikrincə, dövlət başçılarının sammiti danışıqlara yeni impuls verə bilər. Cənab Xələfov, eyni zamanda qeyd edib ki, beştərəfli məsləhətləşmələrlə yanaşı, ikitərəfli danışıqlar da aparılır. «Sentyabrın sonunda Azərbaycan və Türkmənistan arasında Xəzərin dibinin bölünməsi haqqında məsləhətləşmələrə dair Türkmənistan işçi qrupu Bakıda danışıqlapr davam etdiriləcək». O İraq hökumətilə əldə olunacaq razılıq əsasında Azərbaycanda İraq türkmənlərinin nümayəndəliyinin açılacağını istisna etməyib. Nazir müavini Azərbaycanın qərb dövlətləri və ABŞ-la strateji tərəfdaş olduğunu deyib və bu tərədaşlıq gələcəkdə də inkişaf etdiriləcək.
XS
SM
MD
LG