Accessibility links

Azərbaycanlılar «İran» qəzetindəki təhqirləri pisləyir


"İran" qəzetində azərbaycanlıların təhqirinə etiraz olaraq Azərbaycan Respublikasında etirazlar davam edir. Dünən İran səfirliyi qarşısında bu ölkənin bayrağını yandırdığına görə yerli məhkəmə iki nəfəri 10 sutka həbs edib və bir nəfəri isə cərimələyib. Bu günə gəlincə Azərbaycan Yazıçılar Birliyi, çoxsaylı qeyri-hökumət təşkilatları və siyasi partiyalar bəyantlarla çıxış edib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının bir qrup fəalı İran səfirliyi qarısında piket keçirib. Aksiyanın qətnaməsində İranda repressiyalara son qoyulması, həbs olunanların azadlığa buraxılması və Azərbaycan xalqından üzr istənməsini tələb edilir. İran rəhbərləri bu ölkədə baş verən hadisələrin ABŞ və onun əlaltıları tərəfindən törədildiyini bildirir. Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik İran hakimiyyətinin bu bəyanatını Turan agentliyinə şərh edib. «ABŞ hər il İranda insan haqlarının vəziyyətinin qənaətbəxş olmadığını, hakimiyyətin etnik və dini qruplara dözümsüzlüyünü qeyd edir. Yürüşçülərə qarşı repressiyalarla bağlı biz İran hakimiyyətindən vətəndaşların sərbəst toplaşmaq və fikir ifadə etmək hüququna hörmətlə yanaşılmasını tələb edirik. İran rejimi insan haqlarının acınacaqlı durumu və ictimai narazılığa kəskin reaksiyası ilə məlumdur. Odur ki, İranda baş verənlərlə bağlı ABŞ-ın ünvanına səslənən ittihamlar düzgün deyil. İran rəhbərliyinin öz xalqına qarşı tətbiq etdiyi taktikanın kobud və sərt olduğunu xatırlatmağa ehtiyac yoxdur. İran xalqı demokratik, azad və daha açıq cəmiyyətdə yaşamaq istəyini çoxdan bəyan edib. Bu istəklər İranın daxilində, kənardan heç bir göstəriş və dəstək olmadan irəli sürülüb»-deyə cənab Henik bəyan edib. AXCP-nin bir qrup fəalı "Bakı soveti" metro stansiyasının qarşısında "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsinə etiraz olaraq piket keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alığb. 8 nəfər saxlanıb və xəbərdarlıq edildikdən sonra azad buraxılıb. Respublika Prokurorluğu Azərbaycan Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevin xarici ölkələrdə müalicəsi üçün rəsmi icazə verib. Prokurorluğun məlumatında deyilir ki, barəsində həbs qəti imkan tədbiri seçilmiş şəxslərin sərbəst yerdəyişməsi üçün qanunvericiliklə müəyyən məhdudiyyətlər nəzərdə tutulmasına baxmayaraq Eldar Salayevin prezident İlham Əliyevə müraciəti, müalicəsinin yalnız xarici ölkədə mümkün olmasına ümid etməsi nəzərə alınaraq müstəsna hal kimi Baş Prokurorluq rəhbərliyi onun xaricə getməsinə rəsmi icazə verib. Akademik Eldar Salayev isə yaxın günlərdə müalicə üçün ABŞ-a yola düşəcəyini bildirib. Cənab Salayev ötən il parlament seçikləri qabağı dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilərək oktyabırn 29-da həbs olunub. Noyabrın 16-da isə xəstəliyi ilə bağlı həbs qəti imkan tədbiri dəyişdirilib. O prokurorluğun ittihamı qismən etiraf etməsi ilə bağlı məlumatını isə təkzib edir.
XS
SM
MD
LG