Accessibility links

Azərbaycan müsəlmanları Məhəmməd peyğəmbərin karikaturasının dərcinə etiraz edir 


Məhəmməd peyğəmbərin karikaturasının qərb mətbuatında dərci Azərbaycanda etirazlara səbəb olub. Gün ərzində paytaxtda iki etiraz aksiyası və bir forum keçirilib. Bakının mərkəzində toplaşmış yüzlərcə insan Azərbaycan xarici işlər nazirliyinə doğru yürüş etməyə cəhd edib. Nümayişçilər «Allahu Əkbər» şüarları altında yürüşə başlayarkən gücləndirilmiş polis dəstələri ilə üzbəüz gəlib. Polis yürüşün qarşısını alıb və on nəfər aksiya iştirakçısını saxlayıb. Etirazçılardan biri Amerikanın səsi radiosuna bildirib ki, nümayişdə islamın bütün cərəyanının nümayəndələri iştirak edib. Aksiya iştirakçısı Orxan Ağayevin sözlərinə görə, ölkədəki müsəlman icmalarının etiraz bəyantalırı beynəlxalq təşkilatlara və Azərbaycanın xarici işlər nazirliyinə təqdim edilib. Bakının Nardaran qəsəbəsində çoxsaylı insanın iştirakı ilə keçirilən mitinqdə isə daha kəskin şüarlar səsləndirilib. Mitinq zamanı insident qeydə alınmayıb. «İslam peyğəmbərinə qarşı bəzi Avropa mətbuatında həqarət bütün dünyada gərgin vəziyyət yaradıb və bu islama qarşı dözümsüzlüyün təzahürüdür. Bu sözləri "Cümə Məscidi» dini icmasının imam-camaatı İlqar İbrahimoğlu bu gün keçirilən "İslamafobiyaya YOX!" Forumunda deyib. Forum iştirakçıları "İslam sülh dinidir", "İslam məhəbbət dinidir", "İslam peyğəmbəri bizə əzizdir" şüarları səsləndirib. İlqar İbrahimoğlu fevralın 11-də etiraz mitinqi keçirilməsi ilə bağlı Bakı meriyasına müraciət edilidyini də diqqət çatdırıb. O həmçinin müsəlmanları dinc etirazlara səsləyib. Azərbaycan xarici işlər nazirliyi də Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsini pisləyən bəyanatla çıxış edib. Nazirlik islam dininə qarşı yönəlmiş hərəkətləri pisləyir və məsələnin dialoq yolu ilə aradan qaldırılmasına tərəfdardır. Xarici işlər nazirliyinin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib ki, Azərbaycan dinlərarası dialoqu dəstəkləyir və daim təşviq edir.
XS
SM
MD
LG