Accessibility links

Azərbaycan hakimiyyəti jurnalistlərin həyatına təhlükə olmadığını bildirir


"Başa düşə bilmirəm ki, bu nə siyasi oyundur». Bu barədə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdieyv «Amerikanın səsi» radiosunun çoxsaylı jurnalistin xarici ölkələrdən siyasi sığınacaq üçün müraciəti barədə sualının cavabında bildirib. O, jurnalistlərin belə addımına ehtiyac duymur. Bununla belə, cənab Mehdiyev həbsdə olan jurnalistlərin əfvini istisna etmir. Hazırda onların sayı yeddi nəfərdir.

Baş prokuror Zakir Qaralov isə aprelin 20-də böhtan ittihamı ilə iki il altı ay həbsə atılmış «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı yeni ittiham irəli sürüldüyünü deyib. Onun sözlərinə görə, bu ittiham terorçuluqla hədələmədir. Baş prokuror ölkədə mətbuat azadlığının və jurnalistlərin təhlükəsizliyinin tam təmin edildiyini də bildirib. Enyi zamanda, cənab Qaralov son dövrlər fiziki təzyiqlərə məruz qalmış jurnalistlərin və 2005-ci ilin martında evinin astanasında qətlə yetirlmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılması istiqamətində hər hansı yeniliyin olmadığını diqqətə çatdırıb.

Daxili işlər naziri Ramil Usubov da ölkədə jurnalistlərin həyatına təhlükə olmadığını deyib.

XS
SM
MD
LG