Accessibility links

Azərbaycan jurnalistlərinin dördüncü qurultayı olub


Azərbaycan jurnalistlərinin IV qurultayı keçirilib. Qurultayda Mətbuat Şuarsı sədrinin və Mərkəzi Nəzarət Təftiş komissiyasının hesabatı dinlənilib. Ümumilikdə tədbirdə tənqid notları çoxluq təşkil edib. Yəqin ki, jurnalistəlrin ali məclisi həm də hakimiyyətin rəsmi nümayəndəsinin iştirakı olmadan keçirilməsi ilə yadda qalacaq. Jurnalistlərin qurultayı həm də əvvəlki illərdə böyük salonlarada olurdusa, bu dəfə dənizçilərin klubunda keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ötən il parlament seçkiləri zamanı jurnalistlərin peşə etikasına əməl etməsi baxımından xeyli irəliləyişlər olub. Bununla yanaşı, jurnaistlər təzyiqlərdən də uzaqda olmayıb. Cənab Amaşovun sözlərinə görə, parlament seçkiləri dövründə fiziki təzyiqlərə məruz qalmış 40 jurnalist Mətbuat Şurasına müraciət edib. MŞ sədri həbs olunmuş iki jurnalistin – Şahin Ağabəyli və Samir Adıgözəllinin həbsdən azad olunması üçün müracət etdiyini və onların əfv edildiyini deyib. Bununla yanaşı, «Azadlıq» qəzetinin tairik-yazarı Mirzə Sakit hələ də həbsdədir. Cənab Amaşov Mətbuat Şurasının “Azadlıq” qəzetinin, “Turan” İnformasiya Agentliyinin və digər KİV-in yerləşdikləri binada qalmaları üçün əlindən gələni etdini, lakin buna nail ola bilmədiyini təəssüflə bildirib. O mətbuat vasitələrinin maddi-texniki bazası, reklam bazarı və eyni zamanda jurnalistlərin sosial müdafiəsi sahəsində çoxsayı problemlərdən danışıb. Şura sədrinin fikrincə, ayrıseçkiliyə son qoyulmalı, mətbuatın dövlətsizləşdirilməsi prinsipi həyata keçirilməlidir. Cənab Amaşovun sözlərinə görə, hesabat dövründə MŞ-in büdcəsi 25 min manat təşkil edib, bunun 15 mini müxtəlif qrantların payına düşür, 6 mini tədbirlərin keçirilməsi nəticəsində daxil olub, 3 min 200 manatı isə üzvlük haqqlarıdır. «Üzvlərin cəmi 20 faizi üzvülük haqqını ödəyir. Bu vəsaitlər hətta Mətbuat Şurasının işçilərinin əmək haqqının verilməsinə də çatmır və onların məvacibləri Soros Fondunun «Açıq cəmiyyət» institutunun ayırdığı vəsaitlər hesabına ödənilir»-deyə o qeyd edib. Mətbuat Şurasının üzvü Rəşad Məcid qurultayı bəsdə olan yazıçı Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun hüquqlarının müdafiəsinə çağırıb. Onun fikrincə, Mətbuat Şurası da bu məsələdə diqqətli olmalıdır. «Azadlıq» qəzetinin diretoru Azər Əhmədov Mətbuat Şurasının hakimiyyətlə mətbuat arasında körpü yarada bilmədiyini və jurnalistlərin yenə məmurlarla məhkəmələrdə üz-üzə gəldiyini diqqətə çatdırıb. Qocaman jurnalist Şirməmməd Hüseynov hesab edir ki, ölkədə mətbuatın icra, qanunverici və məhkəmə hakimiyyəti üzərində cəmiyyətin nəzarətini həyata keçirməsi üçün imknlar yaradılmaldır.
XS
SM
MD
LG