Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilərək fövqəladə hallar naziri təyin edilib. Dövlət başçısının başqa sərəncamı ilə isə dövlət gömrük komitəsinin sədr müavini Aydın Əliyev bu qurumun sədri təyin edilib.
Fövqəladə Hallar Nazirliyi 2005-ci ilin dekabrında yaradılıb. Bu qurumun strukturuna Mülki Müdafiə, Yanğından Mühafizə, keçmiş Dövlət Ehtiyatlar Komitəsinin resursları daxildir.
Dövlət başçısı həmçinin bu gün ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin yaradılması barədə fərman imzalayıb. Bu qurum ləğv edilmiş qadın problemləri üzrə dövlət komitəsinin bazasında yaradılıb.
Bakı Dövlət Universitetinin müəllimi Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri təyin edilib.