Accessibility links

Bakıda yeni tikilmiş katolik kilsəsində yanğın olub


Naməlum dələduzlar Bakıda Fəhlə prospektində yerləşən yeni Müqəddəs Məryəm katolik kilsəsinin pəncərəsinə yanan əşya atıb. Nəticədə alov kilsənin daxilində bir neçə kvadrat metri bürüyüb. Ocaq söndürülüb, lakin alov taxta xaçı və divarın bir hissəsini hisləndirib. Hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının nümayəndələri hadisə yerinə baxış keçiriblər, lakin şərhdən imtina ediblər. Kilsə nümayəndələrindən biri anonimlik şərtlərilə Turan agentliyinə bildirib ki, hadisəni "vandalizm" kimi qiymətləndirir. Onun fikrincə, bu dələduzluq azərbaycanlıların deyil, hansısa gəlmələrin işidir. Kilsə mərhum Roma napası İohan Pavelin 2002-ci ildə Bakıya səfərindən sonra Vatikanın maliyyə dəstəyi ilə inşa edilib və bu günlərdə istifadəyə verilib.Təntənəli açılışı isə aprelin 29-na təyin edilib.
XS
SM
MD
LG