Accessibility links

Azərbaycanın keçmiş iqtisadi inkişaf nazirinin vəkilləri ona qarşı ittihamları siyasi adlandırıb


Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, ölkədə ən çox benzin doldurma məntəqələrinə sahib olan «Azpetrol» şirkətinin rəhbəri Rafiq Əliyevin hüquqlarını ictimai müdafiə komitəsinin mətbuat konfransı olub.

İctimai müdafiə komitəsinin sədri, Milli Məclisin deputatı Cəmil Həsənli Fərhad və Rafiq Əliyev qardaşlarının həbsini siyasi adlandırıb. Onun sözlərinə görə, irəli sürülmüş ittihamlar qərəzli və əsassızdır.

F. və R. Əliyev qardaşlırı 2005-ci il parlament seçkiləri qabağı həbs edilib. Fərhad Əliyevə qarşı dövlət çevrilişinə cəhdə hazırlıq, Rafiq Əliyevə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Həbsdən bir il ötdükdən sonra Fərhad Əliyevin dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı başqa icraata ayrılıb və ona qarşı vəzifə saxtakarlığı, külli miqdarda dövlət əmlakını talama, vergidən yayınma, qanunsuz ağac kəsmə, qanunsuz sahibkarlıq fəaliyyəti, qanunsuz torpaq əldə keçirmə ittihamları saxlanıb.

Rafiq Əliyevə qarşı isə dövlət çevrilişinə cəhdə hazırlıq maddəsi ilə ittiham verilib. Cənab Həsənli istintaqın gedişində qardaşlara qarşı münasibətdə Azərbaycan qanunvericiliyinin və beynəlxalq konvensiyaların yüzdən çox tələbinin pozulduğunu bildirib.

Vəkil Elton Quliyevin dediyinə görə, keçmiş iqtisadi inkişaf naziri həmçinin dövlət əmlakını real bazar qiymətləri ilə özəlləşdirməyə təqdim etməməkdə günahlandırılır. «Bu ittihama görə, indiyədək özəlləşdirilən müəssisələrə məhkəmədə yenidən baxılmalı və yenidən qiymətləndirmə aparılmalıdır. İqtisadi inkşaf nazirliyi isə müssisələri dövlət başçısı tərəfindən imzalanmış sənəddə müəyyən edilmiş kateqoriyalar üzrə qiymətləndirib», Vəkil Adil İsmayılov sabiq səhiyyə nazirinin məhkəmə parosesinə istinadən bildirib ki, hazırda yalnız səhiyyə obyektlərinin qanunsuz özəlləşdirilməsi araşdırılır. «Bu məntiqlə yanaşsaq Fərhad Əliyevin məhkəməsində digər nazirliklərin nəzdində olmuş obyektlərin özəlləşdirilməsi də araşdırılacaq».

Vəkillər həmçinin Fərhad Əliyevin cinayət işinin 339 cilddən ibarət olduğunu bildirib. Onların dediyinə görə, cinayət işinin oxunub araşdırılması üçün vəkillərə və Fərhad Əliyevə cəmi 16 gün vaxt verilib. Bu isə mümkün deyil. «Fərhad Əliyev etiraz olaraq istintaq materialları ilə tanış olmaqdan imtina edib»-deyə vəkil Elton Quliyev bildirib. Vəkillər həmçinin R. və F. Əliyev qardaşlarının həbsdən azad edilməsinin vacibliyini önə çəkib.

XS
SM
MD
LG