Accessibility links

Azərbaycan yaxın zamanda ərzaq təhlükəsizliyini tam təmin edəcək


Azərbaycan prezidentinin sərəncamına əsasən Kənd Təsərrüfatı məhsullarının istehsalını artırmaq, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins damazlıq mal-qaraya və mineral gübrələrə olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə Prezidentin Ehtiyat Fondundan 25 milyon manat vəsait ayrılıb. Kənd Təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, bu ölkədə kənd təsərrüfatının inkişafına növbəti təkan verəcək.

Cənab Abbasov bu il 2 milyon 350 min ton taxıl istehsal edildiyini və bunun 1 milyon 375 min tonunun ərzaq buğdası olduğunu deyib. O kənd təsərrüfatı məhsulları istehsalının 10,7 faiz artığını bildirib. Nazir əhaliin bir çox ərzaq məhsulları ilə tam təmin edildiyini də diqqətə çatdırıb. Cənab Abbasov Azərbaycan əhalisinin 48 faizinin aqrar sektorda işlədiyini bildirib. “Son beş ildə kəndlərdə 203 min 78 yeni iş yeri açılıb”.

Müstəqil ekspertlər də yaxın illərdə Azərbaycanın ərzaq təhlükəsizliyinin tam təmin edilməsini mümkün sayır. “Turan” agentliyinin eksperti Hafiz Babalı hesab edir ki, kənd təsərrüfatında bitkiçilik və heyvandarlıq sahəsinə güzəştli kreditlər, lizinq şəklində vəsaitlər yönəldilməlidir.

Ekspertin fikrincə, aqrar sektora qayğı güclənərsə kənd təsərrüfatı məhsullarının istehsalını hətta 2-3 dəfə artırmaq mümkündür. Bu isə ölkədə demoqrafik strukturun dəyişməsinə xidmət edər.

XS
SM
MD
LG