Accessibility links

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi davam edir 


Azərbaycan Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov 2006-cı ildə görülən işlərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Cənab Həsənov dövlət əmlakının özəlləşdirliməsi sahəsində normativ-hüquqi tənzimlənmə, şəffaflıq, özəlləşdirmə, müəssisələrin inkişafı, investisiyalar, dövlətsizləşdirmə və sağlamlaşdırma tədbirləri, dövlət əmlakının icarəyə verilməsi, əmlakdan səmərəli istifadə ilə bağlı məlumat verib. Onun sözlərinə görə, dövlət əmlakının idarə edilməsinin effektivliyini artırılması üçün 2007-2010-cu illər üçün Dövlət Proqramı hazırlanıb. Komitə sədri 2006-cı ildə özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 33,5 milyon manat vəsait ödənlidiyini bildirib. Cənab Həsənov ötən il investisiya müsabiqəsi vasitəsilə dövlət müəssisələrinin bazasında yaradılmış 15 səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirildiyini və 2000 yeni iş yeri açıldığını bildirib. Kömitə sədrinin dediyinə görə, müsabiqəyə çıxırlımış müəssisələrin 75 faizi regionların payına düşür. O ötən il investisiya müsabiqəsi vasitəsilə özəlləşdirlimiş «Daşkəsən Filizsaflaşdırma» səhmdar cəmiyyətinə üç il ərzində 235 miloyn dollar investisiya qoyulacağını, Konsentrat zavodunun yenidən qurulacağını, Dənələşdirmə, Ardıcıl reduksiya və Poladtökmə zavodlarının tikiləcəyini, nəticədə 2000 yeni iş yeri açılacağını deyib. Komitə sədri bank-maliyyə sistemində də islahatların dərinləşdirildiyini diqqətə çatdırıb. Onun dediyinə görə, ölkənin böyük banklarından biri olan «Kapitalbank»ın dövlətsizləşdirilməsi işləri davam etdirilir və bankın nizamnamə kapitaı 2 dəfə arıtırılaraq 24 milyon manata çatdırılacaq. Cənab Həsənov dövlət torpaqları haqqında məlumat bankı yaradıldığını və artıq 7000 torpaq sahəsi barədə məlumat daxil edildiyini deyib. Komitənin araşıdrmalarından sonra dövlət torpaqlarının qanunsuz zəbtinin qarşısı da alınır. Komitə sədri 2006-cı ildə dövlət müəssisələrinin və torpaqların icarəyə verilməsi nəticəsində dövlət büdcəsinə 2,9 milyon dollar vəsait daxil olduğunu bildirib.
XS
SM
MD
LG