Accessibility links

Ban Ki-mun: Afrika mənşəli şəxsin ABŞ prezidenti seçilməsi 400 illik mübarizənin kulminasiya nöqtəsidir


BMT Baş katibi Ban Ki-mun Köləlik və Transmilli Qul Alveri Qurbanlarının beynəlxalq anım günü münasibəti müraciət imzalayıb.
Sənəddə deyilir ki, mənşəcə afrikalı olan şəxsin Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməsi, 400 il bundan əvvəl başlamış mübarizə yolunun kulminasiya nöqtəsidir. “Şimali və Cənubi Amerika, eləcə də Karib dənizi sahilləri boyu tarixdə ən böyük məcburi köçürülməyə məruz qalmış nəsillər özlərinə qarşı ədalət, assimilyasiya və ləyaqətlərinə hörmət uğrunda uzun müddətli və çətin mübarizə aparmışlar və bu mübarizə davam etməkdədir”.
Baş katib bildirir ki, Köləlik və Transatlantik Qul Alveri Qurbanların beynəlxalq anım günü öz torpaqlarından zorla qovulmuş və qula çevrilmiş milyonlarla Afrikalının xatirəsi hörmətlə yad edilir. “Bu zaman neçə milyon kişi və qadınların köçürülməsi haqqında müxtəlif fərziyyələr mövcuddur, lakin bu dəhşətli hadisənin nəticəsi olaraq yaranmış irs danılmazdır. Afrika hələ də qul alveri və müstəmləkələşmə erasında baş verən dağıntılardan sonra özünü gəlməmişdir. Eləcə də Atlantik Okeanın sahilləri boyu, həmçinin Avropada və başqa yerlərdə, Afrika mənşəli yeni nəsillər hər gün onları heç bir ölçüyə sığmayan yoxsulluqda saxlayan kök salmış stereotiplərə qarşı mübarizə aparır”.
O hesab edir ki, köləliyin rəsmi ləğvinə baxmayaraq irqçilik hələ də dünyanı ləkələyir. “Servitut öhdəliyi, məcburi fahişəlik və uşaqlardan müharibələr zamanı və beynəlxalq narkotik alverində istifadə də daxil olmaqla köləliyin müasir formaları bunu etməkdədir. Bizim belə sui-istifadə hallarına qarşı ucadan və açıq danışmağımız çox əhəmiyyətlidir. İnsan Hüquqları haqqında Bəyannamədə deyilir ki, hər kəs doğulduğu andan ləyaqət və hüquqları baxımından azad və bərabərdir. Bu əsas prinsipin pozulması birbaşa amansız köləliyə və dəhşətli genosidə gətirib çıxarır”.
Bu ilki anım gününün mövzusu ucadan danışmaqdır. “Sakitliyi poz, Həyəcan təbili çal”- mövzunun məğzidir.

XS
SM
MD
LG