Accessibility links

ABŞ Konqresmenleri Azərbaycanda səfərdədir


ABŞ Nümayəndələr Palatasının Azərbaycan üzrə işçi qrupunun rəhbəri Bill Şuster və qrupun üzvləri respublikaçı konqresmenlər Şelli Mor Kapito, Con Porter və Filipp İnqleş Azərbaycanda səfərdədir. Dünən nümayəndə heyəti prezident İlham Əliyevlə görüşüb, Səngəçal neft terminalına səyahət edib. Bu gün isə konqresmenlər Azərbaycan xarici işlər nazirinin müavini və müdafiə naziri ilə görüşüb. Xarici İşlər nazirinin müavini Araz Əzimovla görüşdən sonra cənab Şüster bildirib ki, Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın ən yaxın və etibarlı partnyorudur. «Səfərin məqsədi Amerika-Azərbaycan münasibətlərinin müzakirəsidir. Biz Azərbaycanı başa düşmək üçün gəlmişik" - deyə o qeyd edib . Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə qarşılıqlı tərəfdaşlığın fəallaşmasından məmnunluq ifadə olunub. Azərbaycanın ABŞ-ın etibarlı müttəfiqi kimi mühüm rolu vurğulanıb, anti-terror koalisiyasına verdiyi töhfə və dəstək, qlobal enerji təhlükəsizliyində artan rolu yüksək qiymətləndirilib. Müdafiə naziri Səfər Əbiyevlə görüşdə Azərbaycan-ABŞ dostluq munasibətlərinin daha da inkişaf etdirildiyi vurğulanıb. Nazir Əbiyev bildirib ki, iki ölkə arasındakı əlaqələrdə hərbi əməkdaşlıq istiqamətində müsbət nəticələr əldə olunub. "Qlobal antiterror koalisiyasında Azərbaycan fəal iştirak edir və bu əməkdaşlıq gələcəkdə də prioritet məsələ olacaq". Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycanın 20 faiz torpaqlarının işğal edildiyi, münaqişənin bu günədək təcavüzkar Errmənistanın destruktiv mövqeyi ucbatından həll olunmadığı haqda ətraflı fikir mübadiləsi aparılıb. «Konqresmenlər Azərbaycanın mövqeyini müdafiə edərək, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını ifadə edib» - deyə mətbuat xidmətinin məlumatında deyilir.
XS
SM
MD
LG