Accessibility links

Müxalifət fəalı həbsxanada vəfat edib     


Noyabrın 18-də Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində «Demokrat» partiyasının sabiq fəalı Faina Kunqurova vəfat edib. Bu barədə «Turan» agentliyi məlumat yayıb. Agentliyin məlumatında deyilir ki, xanım Kunqurova bir neçə həftə əvvəl tam aydın olmayan səbəblərdən saxlanıb. Belə ki, yaxınlarının «Turan»a bildirdiyinə görə, onu guya şübhəli şəkildə dövlət başçısının korteji keçən yolun yaxınlığında dayandığına görə saxlayıblar. Çantasına baxış zamanı parlamentin sabiq spikeri Rəsul Quliyevin şəkilini tapıblar. Agentliyin məlumatına görə, xanım Kunqurova bundan öncə siyasi məhbus kimi tananıb. İlk dəfə onu 2002-ci ildə xuliqanlıq ittihamı ilə həbs ediblər. Xanım Kunqurova saxlanmamışdan öncə, 2001-2002-ci illərdə Rəsul Quliyevin sədri olduğu «Demokrat» partiyasının etiraz aksiyalarında fəal iştirak edib. İki il sonra, 2004-cü il mayın 10-da o, Avropa Şurasının inadcıl tələblərindən sonra əfv olunub. Ədliyyə nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov «Amerikanın səsi» radiosuna bildirib ki, mərhum Kunqurovanın ölümünün səbəbi bəlli deyil. Onun ölümünün səbəbi ilə bağlı Nizami rayon məhkəmə-tibb ekspertizası araşdırma aparır. İctimaiyyətlə əlaqələr şöbəsinin rəisinin sözlərinə görə, xanım Kunqurova barəsində narkotik maddələrin külli miqdarda dövriyyəsi maddəsi ilə həbs qəti imkan təbidri seçilibmiş. Hüquq müdafiəçisi Arzu Abdulayeva isə xanım Kunqurovanın həbsinin və ölümünün müammalı olduğunu deyib. Onun sözlərinə görə, xanım Kunqurova prezidentin karteci gedərkən saxlanıb və külli miqdarda narkotik maddənin dövriyyəsi ilə məşğul olduğu itihamı ilə barəsində məhkəmə həbs qəti imkan tədbiri seçib. Hüquq müdafiəçisinin fikrincə, bütün bunlar təzadlı anlardır. Xanım Abdullayeva deyib ki, Faina Kunqurovanın noyabrın 18-də vəfat etməsinə baxmayaraq ailəsinə noyabrın 21-də məlumat verilib.
XS
SM
MD
LG