Accessibility links

Amerikanın Mcdermott şirkəti azərbaycanlı tətilçilərin tələblərini təmin edib


Amerikanın Mcdermott şirkətinin 3 minə yaxın əməkdaşı əməkhaqlarının artırılması, tibbi sığorta tələbilə yenidən tətilə başlayıb. Bir həftə öncə əməkçilər analoji tələblə xəbərdarlıq tətili keçirmişdi. BiPi şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, bu gün əməkçilərin tələblərini Bi-Pi, ARDNŞ və Mcdermot şirkətinin rəhbərlərinin nümayəndələri mühzakirə edib, müsbət qərar qəbul edib.

ARDNŞ prezidenti Natiq Əliyev Amerikanın səsi radiosuna bildirib ki, əməkçilərin tələblərinin əksəriyyəti haqlıdır. O tələblərlə bağlı BiPi və Mcdermot şirkətinin rəhbərləri ilə danışıqlar apardığını deyib. Cənab Əliyev iş şəraiti ilə bağlı məsələlərin də həllini vacib sayır. ARDNŞ-in prezidenti hesab edir ki, yaxın zamanda üçüncü ölkələrdən Azərbaycana gətirilmiş işçi qüvvlərin yerli mütəxəsislərlə əvəzlənməsi məsələsi də həllini tapmaladır. Tələblərinin yerinə yetirilməsi əməkçilər tərəfindən də müsbət qarşılanıb və onlar dərhal işə başlayıb. Tətilçilər tərəfindən danışıqlarda işitirak etmiş Əlihüsyen Səfərov bunu təsdiq edib. Onun sözlərinə görə, tələbləri yerinə yetirilən işçilər tətil müddətində laiyhədə gecikmənin aradan qaldırılasna çalışacaq. Bu gün BiPi şirkətinin digər podaratçısı Boshelf şirkətinin də bir neçə min işçisi xəbərdarlıqla çıxış edib. Onlar həm də tələbləri ilə McDermott şirkətinin əməkçilərinə həmrəylik edib. Şirkətin əməkdaşı Allahyar Eyyubov Amerikanın səsi radiosuna bildirib ki, tələblərinə mənfi cavab verilərsə fasiləsiz tətilə başlanılacaq Öz növbəsində, ARDNŞ-nin prezidenti Natiq Əliyev Boshelfin əməkçilərinin tələblərinə də diqqətlə yanaşılacağını bildirib. Onu da qeyd edək ki, ABŞ-ın McDERMOT tikinti-servis şirkəti 1995-ci ildən Azərbaycanda işləyir. Şirkət Bi-Pi şirkətinin həyata keçirdiyi bir çox layihələrdə baş podaratçı kimi çıxış edir. McDERMOT Azərbaycanda sualtı boru kəmərlərinin, hasilat platformalarının montajı, tikintisi və quraşdırılması ilə məqğuldur. Boshelf Fransa-Azərbaycan birgə müəsisəsi isə 2001-ci ildən fəaliyətdədir. Şirkət Faza layihələri çərçiəvsində BiPi şirkətinin sifarişi ilə Çıraq-1 və Günəşli neft yataqları üçün platformalar istehsal edir. Hər iki şirkətin həyata keçirdiyi laiyhələrin ümumi dəyəri 1 milyard 700 milyon dollar miqdarında qiymətləndirilir.

XS
SM
MD
LG