Accessibility links

Məhkəmə Azərbaycanın sabiq maliyyə nazirini bir il yarım azadlıqdan məhrum edib


Bakının Nəsimi rayon Məhkəməsi sabiq maliyyə naziri Fikrət Yusifovu bir il altı ay azadlıqdan məhrum edib. Sabiq nazir Cinayət Məcəlləsinin qanunsuz silah saxlama maddəsi ilə ittiham olunub. Məhkəmə açıq olsa da, prosesə jurnalistlər buraxılmayıb. Maraqlıdır ki, jurnalistlərin prosesə buraxılmamasını hakim Ələddin Cəfərov hökm oxunduqdan sonra məhkəmə nəzarətçilərinin səhvi adlandırıb.

Fikrət Yusifov ötən il parlament seçkilərindən öncə həbs olunub. O keçmiş iqtisadi inikşaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezidentin işlər idarəsinin müdiri Akif Muradverdiyev, «Azərkimya» dövlət komitəsinin prezidenti Fikrət Sadıqovla müxalifətdə olan Demokrat partiyasının sədri Rəsul Quliyev arasında vasitəçilikdə günahlandırılırdı. Hazırda Fərhad Əliyev, Əli İnsanov və Akif Muradverdiyev dövlət çevriliişinə cəhdə hazırlıq ittihamı ilə həbsdədir.

XS
SM
MD
LG