Accessibility links

İrandan Azərbaycana keçirilən iyirmi kiloqram narkotik tutulub


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa edib, onlardan ümumilikdə 20 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, Azərbaycan, İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə 14 kiloqrama yaxın narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirib.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə bağlı daha bir cəhdin qarşısı alınıb. Bu əməliyyat zamanı isə yeə Azərbaycan və İran vətəndaşlarından 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı başlanılmış cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir.

XS
SM
MD
LG