Accessibility links

Prokuror «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoruna 10 il həbs istəyib


«Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevə dövlət ittihamçısı məhkəmədən 10 il həbs istəyib. Prokuror Çingiz Şükürovun sözlərinə görə, jurnalistə qarşı irəli sürülən terrorla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınma ittihamı ibtidai istintaq zamanı sübut olunub. Hakim Mehdi Əsədov cənab Fətullayevin və «Gündəlik Azərbaycan», «Realnı Azerbaydjan» qəzetlərinin redaksiya telefonlarının 6 ay ərzində dinlənməsinə dair Baş Prokurorluğun təqdimatı ilə Səbayel Rayon Məhkəməsinin qərarını elan edib. Qərara əsasən, baş redaktorun şəxsi telefonları da dinlənib. Cənab Fətullayev dövlət ittihamçısının çıxışını rişxəndlə qarşılayıb. Vəkil Aydın Nəzərli isə məhkəməni siyasi sifarişli adlandırıb. Onun sözlərinə görə, hakim və prokuror üçün məhkəmə istintaqının əhəmiyyəti yoxdur, çünki onlar qabaqcadan yazdıqlarını oxuyublar. Jurnalistlərin həbsi ilə bağlı etiraz bəyantları da davam etməkdədir. Bu gün ABŞ-ın Azərbaycakndakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bir daha jurnalistlərin yazısına görə həbsinə qarşı çıxdığını bəyan edib. «Biz hesab edirik ki, jurnalistlər öz məqalələrinə görə həbs edilə bilməz»-deyə cənab Henik «Media forum» saytına bildirib.
XS
SM
MD
LG