Accessibility links

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri ölkədə mətbuatın vəziyyətini normal qiymətləndirir


ATƏT-in mətbuat üzrə nümayəndəsinin Azərbaycanda mətbuatla bağlı verdiyi bəyanatla tanış deyiləm. Lakin mən Azərbaycanda mətbuatın vəziyyətini normal hesab edirəm. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Amerikanın səsi radiosunun sualının cavabında bildirib. Dünən ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Xaraşti Azərbaycanda mətbuata qarşı son təzyiqləri pislədiyni bildirib və hökuməti müvafiq addımlar atmağa çağırıb . Prezidentin İcra Aparatının rəhbəri isə mətbuatı yaranmış mühitlə uyğunlaşmağa səsləyib. «Azərbaycanda ayrı-ayrı mətbuat işçiləri mətbuatdan öz məqsədləri üçün istifadə etməməlidir. Onların vəzifələri mətbuat qanununda aydın müəyyən olunub. Bu qanun çərçivəsində də mətbuat öz fəaliyyətini davam etməlidir». Cənab Mehdiyev ATƏT-in iqtidar müxalifət dialoqu ilə bağlı təklifi haqqında suala isə belə cavab verib: «ATƏT ola bilər ki, bu təşəbbüslə çıxış edib. Amma bu bizim daxili məsələlərimizdir. Ehtiyac olacaqsa, dialoq da olacaq”.
XS
SM
MD
LG