Accessibility links

Azərbaycanın məcburi köçkünlərinin «Böyük Qayıdış» proqramı  hazırlanır


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) arasında «Mina (müharibənin partlayıcı qalıqları) hadisələri və qurbanları, eləcə də minadan zərər çəkmiş şəxslərin ehtiyacları haqqında məlumatların toplanması üzrə Razılaşma» imzalanıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov iki qurum arasında razılaşmanın əsas məqsədi minadan zərər çəkmiş ərazilərdə yaşayan əhalinin minadan qorunması və mina qurbanlarının ehtiyaclarını öyrənməkdir. ?Azərbaycan Qızıl Aypara Cəmiyyəti yerli komitələri vasitəsilə mina hadisələri, zərərçəkənlər və sağ qalmış şəxslərin ehtiyacaları ilə bağlı məlumatlar toplayacaq və ANAMA-ya təqdim edəcək. Bu əməkdaşlıq həm də ANAMA-nın mina təhlükəsinə qarşı maarifləndirmə işlərini gücləndirəcək?. O həmçinin AzQAC-ın Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə ?Təhlükəsiz Oyun Meydançaları?hazırlanması üçün işlər gördüyünü bildirib. ?Artıq mina, partlamamış hərbi sursat təhlükəsi mövcud olan rayonlarda uşaqlar üçün 35 təhlükəsiz meydança isifadəyə verilib?. ANAMA-nın direktoru Nazim İsayev Azərbaycan ərazisində minadan 3000-dən çox adamın zərər çəkdiyini və 500-dək adamın həlak olduğunu bildirib. «Mina partlaması nəticəsində 2000 nəfər zərər çəkmiş insan sağdır. Onların əksəriyyəti əlildir və ya psixoloji cəhətdən əziyyət çəkir. Reabilitasiyaya ehtiyacları var». Onun sözlərinə görə, hazırda işğalda olan 13 kv kilometr ərazi var və döyüşlərin getdiyi 200 mln. kvadrat metr ərazidə mina təhlükəsi var. «2001-ci ildən başlayaraq, ANAMA 50 mln. kvadrat metr ərazini minalardan təmizləyib. Hazırda Azərbaycan hökumətinin nəzarətində olan və vaxtilə döyüşlər getmiş ərazilərin minalardan təmizlənməsi üçün ANAMA-ya indiki qüvvəsi daxilində 2011-ci ilədək vaxt lazımdır. Ermənistanın işğalında olan ərazilərdə 600 mln. kvadrat metr ərazidə mina təhlükəsi ehtimalı var. Hazırda ANAMA ildə 14-18 mln. kvadrat metr ərazini minadan təmizləmək gücünə malikdir». N.İsayevin sözlərinə görə, ANAMA-nın Füzuli rayonu ərazisində təmizlədiyi böyük bir ərazidə artıq məcburi köçkünlər üçün 2100 ev tikilib və martın əvvələrində istifadəyə veriləcək?. O, agentliyin əhalinin maarifləndirilməsi istiqamətində gördüyü işlərdən də danışıb. «1200 məktəbdə mina təhlükələrindən qornumaqla bağlı dərslər keçirilir. Dərslərə 1500 müəllim cəlb olunub. 60 000 nüsxə kitab nəşr etmişik». Milli Agentliyin direktoru Azərbaycan hökumətinin Dünya Bankının ekspertəlirin iştirak ilə ilə «Böyük Qayıdış» planının laiyhəsini hazırlandığını bildirib. «Həmin layihədə işğal altında olan Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 600 milyon dollar vəsait ayrılması nəzərdə tutulur». Onun sözlərinə görə, vəsaitin əksər hiissəsini Azərbaycan ayıracaq. «Bununla yanaşı, çoxsaylı dövlətlər və beynəlxalq təşiklatlar Azərbaycan ərazilərinin minalardan təmizlənməsi layihəsində donor kimi iştirak etmək istəyindədir». Agentliyin direktoru bildirib ki, minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfdən təqdim edilməməsi xüsusi çətinlik törədir. ANAMA minaların axtarılıb tapılmasına həddən çox vaxt sərf edir. Beynəlxalq Qızıl Xaç komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Martin Amaşer bildirib ki, əslində ərazidə basdırılmış minalarla bağlı tərəflərdə xəritələr olmalıdır. «Əfsuslar olsun ki, hər ikt tərəf bu xəritələri saxlamadığını deyir. Beynəlxalq Qızıl Xaç Komitəsi beynəlxalq səviyyədə çalışır ki, piyada əleyhinə minalardan istifadə olunmasın». ANAMA-nın direktoru bu il 15-dək Azərbaycan hərbiçisinin minaya düşdüyünü deyib. «Bu minaların əksəriyyəti Sovet dövründə istehsal olunub. Ancaq 2003-cü ildə partlamış bir miananın üzərində «Ermənistanda istehsal olunub» sözləri yazılmışdı. Son illər partlamış və tapılmış minaların tədqiqi göstərir ki, Ermənistan keçmiş SSRİ istehsalı olan minalarla yanaşı, başqa minalardan da istifadə edir. Bu minaların tam tədqiqi başa çatdıqdan və Ermənistanın piyada əleyhinə mina istehsalı ilə məşğul olduğu faktını tam dəqiqləşdirdikdən sonra bu barədə məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq. Azərbaycan və Ermənistan «Piyada Əleyhinə Minaların Qadağan Olunması barədə» Sazişə qoşulmasa da, minaların ərazisinə buraxılmaması və istehsal etməməsi barədə öhdəlik götürüb».
XS
SM
MD
LG