Accessibility links

Bakılı musqiçi Mstislav Rostropoviç vəfat edib


Bu gün Moskva Onkoloji Mərkəzində dünya şöhrətli musiqiçi Mstislav Rastropoviç 81 yaşında vəfat edib. Rastropoviç 1927-ci il martın 27-də Bakıda Bakı Konservatoriyasının müəlliminin ailəsində anadan olub. Mstislavın 9 yaşı olanda onun ailəsi Bakıdan Moskvaya köçüb. 1943-cü ildə o Moskva Konservatoriyasına daxil olub. Müharibədən sonrakı illərdə Rastropoviç ən məşhur sovet musiqiçilərindən idi. 1969-cu ildə musiqiçi yazıçı Aleksandr Soljenitsını müdafiə edib, bundan sonra o özü hakimiyyətin təqibinə məruz qalıb. 70-ci illərin sonunda Rastropoviç və onun həyat yoldaşı Qalina Vişnevska ölkədən sürgün edilib və sovet vətəndaşlığından məhrum edilib. Maestro dünyaya göz açdığı Azərbaycanın musiqi həyatında fəal iştirak edib. Musiqiçi hər il Bakıya gəlir və tələbələr üçün master-klaslar verirdi, xəstə uşaqların, musiqiçilərin və qaçqınların dəstəyi üçün xeyriyyə aksiyaları keçirirdi. Azərbaycan qarşısında xidmətlərinə görə Rastropoviç ölkənin bir neçə ali mükafatları ilə təltif edilib.
XS
SM
MD
LG