Accessibility links

Mübariz Qurbanlı: ABŞ vitse-prezidentinin Azərbaycana səfəri regional təhlükəsizliyə müsbət təsir edəcək


"Yeni Azərbaycan" partiyasının icra katibinin müavini politoloq Mübariz Qurbanlı hesab edir ki, ABŞ vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfəri iki ölkə arasında strateji müttəfiqliyin möhkəmlənməsinə, enerji daşıyıcılarının dünya bazarına təhlükəsiz çıxarılmasına və regional təhlükəsizliyə müsbət təsir göstərəcək.

Politoloqun fikrincə, ABŞ - Azərbaycan əməkdaşlığı üçüncü dövlətə qarşı yönəlməyib. "Biz regionun bütün dövlətləri ilə əməkdaşlıq edirik. Bir çox layihələri birgə həyata keçiririk".

M.Qurbanlı bildirib ki, Azərbaycan və ABŞ regionda son dövr baş vermiş problemləri, o cümlədən Gürcüstanda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparacaq.

XS
SM
MD
LG