Accessibility links

Azərbaycanda «Müsavat» partiyası sosial tələblərlə mitinq keçirib


«Müsavat» partiyası qiymət artamına etiraz olaraq Bakıda metronun «Həzi Aslanov» stansiyası - «Ukrayna» meydanı marşrutu ilə yürüş-mitinq keçirib.

Yürüş-mitinqdə hökumətin sosial-iqtisadi siyasəti, korrupsiya və rüşvətə uğraması ciddi tənqid olunub, qismən də müxalifətdaxili problemlərə toxunulub.

Aksyiada dəfələrlə müstəqil mətubata qarşı təzyiqlər, jurnalistlərin həbsi pisəlnib və hökumətin istefası tələb edilib.

Müsavat partiyasının fəalı İbrahim İbrahimli xalqın etirazlarına baxmayaraq hökumətin qiymətləri yenidən artıracağını bildirib. Onun sözlərinə görə, artıq dörd nazirlik Tarif Şurasına qiymətlərin artırılması ilə bağlı təklif verib. Cənab İbrahimli son dövrlər sabiq hökumət rəsmilərinə qarşı keçirilən məhkəmə proseslərinin «əslində hakimiyyətin özünün məhkəməsi» adlandırıb. Onun sözlərinə görə, bu məhkəmələr hökumətin cinayətkar olduğunu və hakmaiyyətin qəsb edildiyini bir daha sübut edib.

Çıxışlarda azad mətbuata təzyiqlər, jurnalistlərin, o cümlədən «Realnı Azerbaydjan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsi pislənib. Mitinq iştirakçılarının jurnalistin müdafiə komitəsinə qoşulduğu elan edilib.

Deputat Pənah Hüseyn hesab edir ki, Eynulla Fətullayev hökuməti və dövlət başçısını tənqid etdiyinə görə həbs atılıb. O iqtdarda çoxmilyonlu mənimsələrin olduğunu da diqqətə çatdırıb . Deputat hesab edir ki, rüşvətdə adları hallanan məmurlar cəmiyyət qarşısında cavab verməlidir.

«Müsavat» başqanı İsa Qəmbər isə çıxışının ilk hissəsini müxalifətdaxili problemlərə yönəldib. O bəzi müxalif qüvvələri «Müsavat» partiyasına qarşı deyil iqtidara qarşı mübarizəyə səsləyib. Cənab Qəmbər iqtidarı cinayətkar adlandırıb və dövlət başçısını reallıqlara uyğun addım atmağa çağırıb.

Onun fikrincə, dövlət başçısı göyə peyk uçurmaq, Azərbaycanda olimpiada keçirmək barədə bəyanatlar vermək əvəzinə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına çalışmalıdır.

XS
SM
MD
LG