Accessibility links

Politoloqun fikrincə, İran müxalifəti xalqın dini rejimi istəmədiyini sübut edib (audio)


Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov İranda müxalifətin qalib gəldiyini bildirir. Onun fikrincə, Mahmud Əhmədinejad hakimiyyətdə qalsa belə, Mir Hüseyn Musəvi qalib gəlib. “Müxalifət dini rejim üzərində qalib gəlib. O sübut edib ki, insanlar bu rejimi istəmir. Yeni hakimiyyətdə kimin olmasından asılı olmayaraq köhnə üsul idarə ilə idarəetmə sona çatıb”.
Politoloqun fikrincə, İran siyasi elitasında parçalanma ciddi hadisədir. “Yüksək siyasi elita hazırkı idarəetmə üsulunun iflasını görür. Bu səbəbdən də öz postunu qorumaq üçün digər üsullara əl atır”.

Cənab Namazov İran hakimiyyətinin günahı xaricdə axtarmasının da əbəs olduğu fikrindədir. “Bu ənənəvi üsuldur. Xarici dövlət və təşkilatları günahlandırıb, öz günahını da onun üzərinə yıxmaq üsulları artıq keçmir. Hər bir İran vətəndaşı bilir ki. günahı daxildə axtarmaq lazımdır. Çünki İran xarici ölkələrdən asılı deyil və İran özünü xaricdən təcrid edib”.


XS
SM
MD
LG