Accessibility links

Azərbaycanda çoxsaylı deputatlığa namizəd seçkilərin nəticəsi ilə razılaşmır


Parlament seçkilərindən doqquz gün keçməsinə baxmayaraq yüzlərlə deputiatlığa namizəd seçkilərin nəticələrinin ləğvi istiqamətində mübarizə aparır. Biləsuvar və Balaknədə seçkilərin nəticələrinin ləğvini tələb edən etiraz aksiyalarıqndan sonra bu gün Zaqatala rayon mərkəzində etiraz mitinqi keçirilib. Mitinqdə 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən dairələrində seçkin nəticələrinin saxtalaşdırılması barədə danışılıb. «Azadlıq» seçki blokunun vahid namizədi, Müsavat partiyası başqanının müavini Arif Hacılı bildirib ki, 110 saylı seçki dairəsində qalib gəlib və o, MSK-nın həmin dairədə seçkinin nəticələrinin ləğvinə dair qərarı ilə razı deyil. Mitinq iştirakçıları dövlət başçısı İlham Əliyevin seçki prosesinə qarışdığına görə Zaqatala rayon icra hakimiyyəti başçısı Vaqif Rəhimovu vəzifəsindən kənarlaşdırılması ilə bağlı dünənki sərəncamını müsbət qiymətləndirib. Eyni zamanda, seçkilərin saxtalaşdırılmasında iştirak edən digər vəzifəli şəxslərin də cəzalandırılması tələb olunub. Müxtəlif seçki dairələrindən olan 30-dan çox deputatlığa namizəd isə bu gün Mərkəzi Seçki Komissiyasının qarşısında piket keçirib. Onlar Milli Məclisə seçkilər zamanı pozuntu və saxtalaşdırma halları ilə bağlı şikayətlərinə cavab tələb edib. Şikayətçi namizədlərin dedikləri, seçki pozuntularının ölkənin bütün regionlarında eyni xarakter daşıdığını sübut edir. Narazılar arasında həm bitərəflər, həm müxalifət, həm də iqtidar partiyasının üzvləri olub. 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Üzeyir Cəfərov seçkilər zamanı vəkillərinin tutduğu çoxsaylı bülletenləri jurnalistlərə nümyaiş etdirib və seçkinin nəticələriqnin saxtalaşdırıldığını bildirib. 70 saylı Masallı seçki dairəsindən deputatlığa namizəd Zakir Abbasov demokratik seçki barədə düşünməyin əbəs olduğunu deyir. Onun fikrincə, azad seçki keçirmək bir yana, yerlərdə ölkə prezidentinin sərəncamına belə əməl edilmir 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinədən deputatlığa namizəd Abasqulu Fərzəliyev səsverməninin nəticələrinin iqtidarda olan YAP-ın namizədinin xeyrinə saxtalaşdırıldığnı və digər namizədlərin şikayətələrinə əhəmiyyət verilmədiyini bildirib. 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd İntiqam Mirzəyev də seçkilərin saxğtalaşdırıldığını deyir. 43 saylı Sumqayt seçki dairəsindən deputatlığa namizəd Mətləb Mütəllimli hüquqları pozulmuş deputatlığa namizədlərin forumunun yaradıldığını bildirib. O seçki saxtakarlığınıa qarşı sonadək mübarizə aparılıcağını vəd edib. Cənab Mütəllimli MSK-ya göndərilən çoxsalı şikayətlərin nəticəsinin olmamasından da narahatdır. 13 saylı Əzizbəyov birinci seçki dairəsindən deputatlığa namizəd Bulud Həsənov iqtidarın namizədinin hərbi hissələrdə görüşlərdə iştirak etmədiyi halda əsgərlərin səslərin əksəriyyətini qazandığından narazıdır. O ondan çox deputatlığa namizədin bu dairədəki saxtakarlıqla bağlı müraicətinə cavab verilmədiyini də bildirib. 95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd Mehdi Əhmədov hesab edir ki, regionlarda demorkatik seçkidən söhbət gedə bilməz. Onun sözlərinə görə, icra hakimyyəti başçısı və polis rəisi birbaşa çeski prosesində iştirak edib. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlıtğa namizəd Elçin Rzayevin fikrincə seçkilər seçiciləri hədə-qorxu şəraitində keçirilib. Namizəd hesab edir ki, seçicilərin azad şəkildə deputat seçmək imkanı yoxdur. Namizədlərin sıradan çıxarılmasında məhkəmələr də mühüm rol oynayıb. Belə ki, bəzi deputatlığa namizədlər icra strukturlarının təzyiqlərinə baxmayaraq namizədliklərini geri götürmədikdə Appelyasiya məhkəməsi onlar barədə şikayətlərə baxmalı olub. Gəncə şəhərindəki 39 saylı Kəpəz birinci seçki dairəsindən deputatlığa namizəd Novruz Allahverdiyevin sözlərinə görə, Appelyasiya məhkəməsi heç bir təhqiqat və araşıdrma aparmadan bir nəfərin sözü ilə seçkilərə iki gün qalmış onun namizədliyini ləğv edib. MSK-nın mətbuat mərkəzinin rəhbəri Azər Sarıyev isə Amerikanın səsi radiosuna bildirib ki, MSK-ya beş yüzdən çox şikayət ərizəsi daxil olub və şikayətlərin araşdırılması üçün 17 nəfərlik qrup işləyir. Qeyd edək ki, artıq seçki pozuntularına yol verdiyinə görə iki seçki dairəsnin sədri və bir neçə məntəqə seçki komissiyasının sədri prokurorluq orqanları tərəfindən saxlanıb. MSK üç seçki dairəsində seçkilərin nəticələrini ləğv edib və prezident İlham Əliyev seçki prosesinə müdaxilə etdiyinə görə, üç rayonun icra hakimiyyəti başçısını vəziyəsindən azad edib. Bu gün isə MSK Gəncə şəhərindəki 38 saylı Nizami ikinci seçki dairəsində seçkilərin nəticələrini ləğv edib. Bildirilib ki, bu dairənin bir çox məntəqələrinədə səsvermənin yekunlarına dair protokollar şikayətçilərin təqdim etdiyi protokollara uyğun gəlmir. İlkin məlumatlara görə, 38 saylı dairədə Yeni Azərbaycan Partiyasının namizədi Ruflan Abbasov liderlik edirdi.
XS
SM
MD
LG