Accessibility links

Azərbaycanda İran-Azərbaycan-Rusiya-Yaponiya marşrutu üzrə narkotik alveri edən dəstə zərərsizləşdirilib


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “İran-Azərbaycan-Rusiya-Yaponiya” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib, 67 kq 414 qram narkotik vasitələr götürülüb. Bu barədə ARA agentliyi MTN-in İctimai Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb. Məlumata görə, Azərbaycanın Cəlilabad rayon sakini Daşqın Cavadov, Əli Bayramlı şəhər sakinləri Çingiz Əliyev və onun qardaşı Röyam Əliyev, Yusif Qaraxanov, Yardımlı rayon sakini Rafiq Tağıyev, Bakı şəhərində məskunlaşmış Bəxtiyar Hüseynov, İran İslam Respublikasının bir neçə vətəndaşrı və başqa şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitəni satış üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirib. Məlum olub ki, Əliyev qardaşları onlara verilən narkotik vasitələri realizə edilməsi üçün bir qayda olaraq, müxtəlif şəxslərdən kuryer qismində istifadə etməklə Rusiyanın Pyatiqorsk şəhərində yaşayan bacıları Xuraman Əlizadəyə göndərirmişlər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində növbəti narkotiklərin həmin ünvana çatdırılması baş tutmayıb, mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Cinayətkar dəstənin üzvləri yaxalanarkən, onlara məxsus avtomaşından və evlərdən ümumi çəkisi 67 kiloqram 414 qram olan narkotik vasitə götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, cinayətkar dəstənin üzvləri barəsində təqsirləndirilən şəxs qismində həbs-qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG