ABŞ səfirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbin nəfəs alətləri orkestrinə musiqi alətləri dəsti bağışlayıb. Uşaq orkestri 1975-ci ildən fəaliyyət göstərir və dünyanın bir sıra nüfuzlu orkestrlərində vaxtı ilə bu kollektivdə çalışmış kimsəsiz uşaqlar indi nüfuz sahibidir. Orkestr hazırda da gözəl ifaçılığını davam etdirir. ABŞ səfiri Enn Dersi musiqi kollektivini "nadir orkestr" adlandırıb.
Mərasimdə həmçinin gənclər və idman naziri Azad Rəhimov Təhsil nazirinin müavini, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi iştirak edib.
Nazir Azad Rəhimov orkestrin yaxınlarda Avropada nüfuzlu müsabiqələrdən birinə hazırlaşdığını deyib. Nazir ABŞ hökumətinə orkestrə qarşı diqqətinə görə təşəkkür edib.