Accessibility links

Mədən Sənayesində Şəffaflıq Koalisiyası Azərbaycan Dövlət Neft Şirkətində tam aşkarlığın olmadığını bildirir


Mədən Sənayesində Şəffaflıq üzrə QHT Koalisiyası Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə sistemində ciddi çatışmamazlıqların olduğunu bəyan edib. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl “ARDNŞ-in 2006-cı il üçün maliyyə axınları və şəffaflıq” layihəsinin təqdimatında bildirib ki, ARDNŞ-in 2006-cı ildə gəlirləri 3676,1 milyon manat təşkil edib. Onun sözlərinə görə, ekspertlərin apardığı tədqiqatlar nəticəsində xərclər strukturunda gizlədilmiş məlumatlar aşkar olunub. Cənab İsmayıl ekspertlərin xərclərin 23 faizinin istiqamətini müəyyən edə bilmədiyini diqqətə çatdırıb. O həmçinin ARDNŞ-in vergi ödəmələrində də fərqlərin aşkar edildiyini bildirib. Belə ki, cənab İsmayıl ödənilmiş vergilərin məbləğləri ilə bağlı şirkətin, Vergilər nazirliyinin və Auditorlar Palatasının hesabatlarında müxtəlif rəqəmlərin göstərildiyini deyib. Ekspertlərin alternativ hesablamaları isə dövlət neft şirkətinin on milyonlarla dollar çox vergi ödəməli olduğunu müəyyən edib. Öz növbəsində, ARDNŞ nümayəndəsi Vaqif Mustafayev Koalisiyanın tədqiqatlarının nəticələrindən razı qalmadığını bildirib. Onun sözlərinə görə, şirkət vergi öhdəliklərini yerinə yetirib. Vergilər Nazirliyinin şöbə müdiri Ağamir Tahirov da bu qədər vergidə yayınma halının olmasına inanmır. Bununla yanaşı, ekspertlərin tədqiqatları nazirlikdə araşdırılacaq.
XS
SM
MD
LG