Accessibility links

Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulub


Azərbaycan Milli Məclisi Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Sazişə qoşulması barədə qərar qəbul edib. Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov bildirib ki, "Şimal-Cənub" dəhlizi dəmir yolu, dəniz və avtomobil nəqliyyatlarını birləşdirir. Onun sözlərinə görə, Azərbaycan ərazisindən avtomobil yük daşımalarının təmin edilməsi üçün 208 km uzunluqu olan Bakıdan Rusiya sərhədinədək, Bakıdan İran sərhəddinədək isə 242 kiloemtrlik avtomobil yolu yenidən quruluacaq. Komissiya sədri eyni zamanda Bakı-Astara dəmiryolunun yenidən qurulacağını da bildirib. Onun fikrincə, bu nəqliyyat dəhlizi ölkədə gəlirlərinə görə neft layihələrinə alternativ də ola bilər. Yeri gəlmişkən bildirək ki, Şimal-Cənub dəşlizi dünyada ən uzun transkontinental nəqliyyat dəhlizi olacaqr. Dəhliz Skandinaviya ölkələrindən başlayaraq Rusiya, Azərbaycan, İran, Hindistan, Çin ərazilərini və eyni zamanda Orta Asiya, Qara dəniz və İran körfəzi ölkələrini əhatə edəcək. Milli Məjlisin iclasında deputatlar diqqəti çəkən bir sıra başqa məsələlərə də toxunub. Deputatlar Şayətdin Əliyev, Mais Səfərli, Əliməmməd Nuriyev son günlər paytaxtın valyuta bazarında yaranmış xaosu ölkənin milli təhlükəsizliyinə təhdid kimi qimyətləndirib və günahkarların cəzalandırılmasını tələb edib. Deputat Nizami Quliyev isə müxalifətdə olan Xalq Cəbhəsi partiyasına və Yeni Fikir Gənclər Birliyinə qarşı təzyiqlərə son qoyulmasını tələb edib. Onun sözlərinə görə, təzyiqlər məqsədlidir. Milli Məclisin sədri Murtuz Ələsgərov da valyuta bazarında yaranmış vəziyyətdən narahatlığını bildirib. Onun sözlərinə görə, belə hərəkətlər "yolverilməzdir" və günahkarlar cəzalandırılmalıdır. Spiker son dövrlər Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının pozulmasının mütəmadi xarater almasını da pisləyib. Onun sözlərinə görə, Azərbaycanın Ruisyadakı səfirliyi bu faktları ciddi araşdırmalıdır. Cənab Ələsgərov Moskvada MDB məkanında separatçı rejimlərin liderlərinin bu yaxınlarda Moskvada keçirilən görüşündən isə ciddi narahat olduğunu bildirib. Milli Məclisin sədri Azərbaycanda inqilab məsələsinə də toxunub. Onun sözlrəinə görə, seçkilərə müdaxilə yolverilməzdir və xalq öz seçimini edəcək.
XS
SM
MD
LG