Accessibility links

Azərbaycanın internet bazarında qiymətlər yüksək olaraq qalır


Azərbaycanın İnternet bazarında vəziyyətlə bağlı ölkənin aparcı İnternet Servis Provayderləri mətbuat konransı keçirib. Mətbuat konfransında bildirilib ki, son iki ildə qlobal İnternet şəbəkəsinə bağlantı kanallarının qiyməti 20 dəfə endirilib.Yəni bir meqobitin qiyməti 38.000 dollardan 2400 dollara düşüb. Ancaq bu da ölkənin internet bazarında qiymətlərin dəyişməsinə səbəb olmayıb. «Oksigen» İnternet Servis Provayderinin rəhbəri Ayaz Kərimovun sözlərinə görə, qlobal şəbkəyə çıxışın tarifləri endirlilsə də telefon stansiyalarında icarə haqları iki dəfə, genişzolaqlı telefon xidmətinə görə tariflər isə 8 dəfə artırılıb. O eyni zamanda mobil telefon bazarının 83 faizinə nəzarət edən «Azersel Telekom» Birgə Müəssisəsinin dövlət tərəfindən verilən imtiyazlardan istifadə edərək internet bazarında açıq rəqabət prinspini pozduğunu deyib. «İntrans» İnternet Servis Provayderinin baş direktoru Faiq Fərmanrov bildirib ki, Azərbaycanda indiyədək hər hansı bir internet axtarış saytı yaradılmayıb. «Məlumat bankları toplanmış portallar da mövcud deyil. Bunun səbəbi isə internet reklamının olmamasıdır». «Oksigen» Provayderinin rəhbəri Ayaz Kərimovun sözlərinə görə, hökumətstrukturlarının məlumatlarının toplandığı portal olmasa da ayrı-ayrı nazirliklərin saytları açılıb. O provayderlərin dövlət və hökumət strukturlarının, eyni zamanda biznes sahələrinin saytlarını pulsuz olaraq öz serverlərində yerləşdirməyə hazır olduğunu bəyan edib. «Konnekt» şirkətinin müdiri Teymur Teymurov hesab edir ki, ölkədə internet biznesinin inkişafı tariflərin kəskin aşağı salınması və internet istifadəçilərinn kütləviləşdirilməsindən keçir. Onun qənaətincə, bu siyasətin həyata keçirilməsində dövlət hələ də faydalı təşəbbüs göstərmir. Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanovun fikrincə, ölkədə internet biznesinin inkişafı üçün ilk öncə komputer istehsalına başlamaq lazımdır və bunun üçün Azərbaycanın imkanları var. Onun qənaətincə, əhalinin alıcılıq qabiliyyətinin dəfələrlə aşağı olmasına baxmayaraq yerli komputer bazarında qiymətlər Avropa ölkələrindəki qiymətlərindən xeyli yüksəkdir. Cənab Qurbanov Azərbaycanda internet uçurumunun artmasına dünyadakı problemin tərkib hissəsi kimi baxır. Onun sözlərinə görə, buna səbəb internet resurslarının inkişaf etmiş ölkələrdə cəmləşməsidir. İnternet Cəmiyyətinin sədri internet resurslarının inkişaf etmiş ölkələrdən Azərbaycana nəqlinin böyük vəsaitlər hesabına başa gəldiyini də diqqətə çatdırıb . «Sinam» şirkətinin prenzidenti Elçin Əliyev hesab edir ki, paytaxtla bölgələr arasında böyük rəqəmsal fərq mövcuddur və bu fərqi aradan qalıdırılmadan internet biznesi gəlir gətirə bilməz. İnternet istifadəçilərini isə xidmət, sürət və qiymət qane etmir.
XS
SM
MD
LG