Fransa prezident Jak Şirak Azərbaycan prezidenti İlham Əliyevi qəbul edib.
AzərTAc-ın məlumatına görə, dövlət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri ətrafında geniş fikir mübadiləsi apardılar. Prezidentlər vurğuladılar ki, münaqişənin həlli üçün konkret addım atmağın vaxtı çatıb.
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin Fransanın Rambuye qəsrində görüşü keçirilir. Sabah dövlət başçıları danışıqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə davam etdiriləcək