Accessibility links

Azərbaycan əhalisi televiziyaları daha çox peyk antenaları ilə izləyir


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkə əhalisinin əksəriyyətinin televiziyalara peyk antenaları vasitəsi ilə baxdığını bildirir. Onun dediyinə görə, yerli televiziyaların verilişləri və yayılma vəziyyəti insanları qane etmir.

Ekspert həmçinin regional televiziya kanallarının sayının az olduğunu, radio dalğalarının ölkə ərazini tam əhatə edə bilmədiyini deyib. Onun apardığı monitorinqə görə, ölkə daxilində daha çox qanunsuz yolla qonşu ölkələrin radiolarının yayımlandığı ortaya çıxıb.

XS
SM
MD
LG