Accessibility links

Azərbaycan prezidenti Polşada enerji əməkdaşlığını müzakirə edir


Azərbaycan prezident İlham Əliyev enerji sammitində iştirak üçün Polşanın Krakov şəhərinə gedib. Zirvə görüşü Polşa prezidenti Lex Kaçinskinin təşəbbüsü ilə keçirilir. Sammitə Azərbaycan, Ukrayna, Qazaxstan, Gürcüstan və Litva prezidentləri dəvət olunub. Lakin Qazaxstan prezidenti Krakova səfərini təxirə salıb. Sammit zamanı enerji əməkdaşlığı və Xəzər regionundan karbohidrogen resurslarının Avropaya çıxarılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur. AzərTAc dövlət agentilyinin məlumatına görə6 bu gün Krakov şəhərində Azərbaycan, Ukrayna və Gürcüstan prezidentləri arasında üçtərəfli görüş keçirilib. GUAM çərçivəsində əməkdaşlığın hazırkı vəziyyətindən danışan dövlət başçıları əlaqələrin daha da genişləndirilməsiinin vacibliyini, enerji və nəqliyyat sahələrində işbirliyi üçün geniş perspektivin olduğunu vurğulayıb. Prezidentlər GUAM məkanında dondurulmuş münaqişələrə də toxunub və bu münaqişələrin həlli ilə bağlı təşkilat çərçivəsində əməkdaşlığın daha genişləndirilməsinin vacibliyi bildirilib.
XS
SM
MD
LG