Accessibility links

Azərbaycanda məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi başa çatır


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə məcburi köçkünlərin problemlərinə həsr olunmuş müşavirə keçirilib. Cənab Əliyev öncə Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyon azərbaycanlının doğma torpaqlarından didərgin düşdüyünü xatırladıb. «Torpaqlarımızda etnik təmizləmə siyasəti aparılıb, bu ədalətsizlik uzun illərdir hökm sürür. Amma sülh danışıqları davam edir. Praqa prosesinin uğur qazanması münaqişənin sülh yolu ilə həllinə kömək edəcək». Cənab Əliyev, həmçinin münaqişə sülh yolu ilə həll olunmadığı təqdirdə Azərbaycanın digər tədbirlərə də əl atacağı istisna etməyib. «Azərbaycan öz torpaqlarını istənilən yolla azad edə bilər. Münaqişənin həllinin uzanması daha böyük fəsadlara gətirib çıxaracaq. Ermənistan bunu başa düşməlidir». Prezident Azərbaycanın qaçqına və məcburi köçkünə çevrilmiş vətəndaşlarının problemlərinin həlli istiqamətində ciddi addımlar atdığını da diqqətə çatdırıb. «2001-2007-ci illərdə qaçqın və məcburi köçkünlər üçün 47 yeni qəsəbə salınıb. Bu qəsəbələrdə 70 min insan məskunlaşıb. Artıq son üç il ərzində 9 çadır şəhərciyi ləğv edilib və qalan 3 şəhərciyin ləğvi də bu ilin sonunaqək başa çatmalıdır. Saatlı, Sabirabad rayonlarında, İmişli rayonunun ərazisində yük vaqonlarında yaşayan təxminən 19 min insan da yeni qəsəbələrə köçürüləcək. Beləliklə, bu ilin sonuna qədər Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq»-deyə preziden qeyd edib. Hüquq müdaifəçiləri və vətəndaş cəmiyyətləri dövlət başçısının məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində atdığı addımları dəstəykləyir. Onlar həm də hesab edir ki, məcburi köçkünlər arasında yoxsulluğun azaldılması istiqamətində ciddi addımlar atılmalıdır.Hüquq müdafiəçisi Rəna Sadəddinova hesab edir ki, hökumət məcburi köçkünlərin işsizlik probleminin aradan qaldırılması üçün də ayrıca proqramm hazırlamalıdır.
XS
SM
MD
LG