Accessibility links

Azərbaycan prezidenti Amerika xalqına başsağlığı verib


Azərbaycan prezidenti İlham Əliyev Virciniya universitetində baş verən qanlı olayla bağlı ABŞ prezideti Corc Buşa başsağlığı teleqramı göndərib. Cənab Əliyev Virciniya Texnoloji Universitetinin tələbə şəhərciyində çoxsaylı insanın atəşə tutularaq həlak olması xəbərindən son dərəcə sarsıldığını bildirib. «Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram»-deyə başsağlığında deyilir.
XS
SM
MD
LG