Accessibility links

Azərbaycan prezidenti məhkəmə sistemində islahatları mühüm sayır


Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının təməlqoyma mərasimindəki çıxışında ölkədə məhkəmə-hüquq islahatlarına geniş yer ayırıb. Prezident məhkəmə sisteminin təkimilləşdirilməsinin uğurla davam etdiyini deyib. Onun fikrincə, məhkəmə-hüquq sisitemində islahatlar mühüm əhəmiyyət kəsb edir. Cənab Əliyev məhkəmə sistemində nöqsanların olduğunu da diqqətə çatdırıb. O regionlardan gələn müraciətləri nümunə kimi göstərib. Dövlət başçısı həmçinin hakimləri müraciətlərə diqqətlə baxmaqa və ədalətli qərarlar qəbul etməyə çağırıb. Ali Məhkəmənin sədri Ramiz Rizayev isə bütün instansiya məhkəmələrdə nöqsanların olduğunu etiraf edib. Onun fikrincə, bunun aradan qaldırılması üçün islahatlar prosesi davam etdirilir. Cənab Rizayevin sözlərinə görə, ölkədə hakimlərə ehtiyac var. O ölkədə cəmi 323 hakimin fəaliyyət göstərdiyini və hər 100 min nəfərə cəmi dörd hakimin düşdüyünü bildirib. Ali məhkəmənin sədri Amerikanın səsi radiosunun «mətbuata qarşı iddiaların əksəriyyətinin məhkəmələr tərəfdən təmin edilməsini necə qiymətləndirirsiniz" sualına da cavab verib. Onun fikrincə, bu məsələdə hakimləri diqqətli olmalıdır.
XS
SM
MD
LG