Accessibility links

Azərbaycanda internetin qiyməti endirilib, yenə bahadır


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda internet qiymətlərinin aşağı salındığını bildirib. Amma birinci səviyyəli provayderlər qiyməti aşağı salsa da, ikinci səviyyəli, yəni əhaliyə internet satan provayderlərin hamısı qiymətləri aşağı salmayıb. Xüsusilə Rabitə və İnformasiya Texnologiyaları nazirliyinə tabe olan şirkətlər qiymətləri endirməyib.
Ekspert hesab edir ki, qiymətlər endirilsə də yenə də qonşu ölkələrdən dəfələrlə bahadır.
Onun fikrincə, internet bazarına daha çox Rabitə və İnformasiya Texnologiyaları nazirliyinə tabe olan şirkətlər nəzarət edir. Bu şirkətlər nazirliyin tabeçiliyindən çıxarılmalıdır.

XS
SM
MD
LG