Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 2006-cı ildə 223 milyon manat xərclənəcək. Bu barədə Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət komitəsinin sədri Əli Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, vəsatlərin xərclənməsində şəffaflıq tam təmin olunub.
Qaçqınkom ölkədə məcburi köçkünlərin yaşadığı bütün çadır düşərgələrinin ləğv ediləcəyini bildirib. Dövlət neft fondunun vəsaiti hesabına bu il Ağdam rayonu ərazisində 13 qəsəbə inşa edilib.
Cənab Həsənov dediyinə görə, 2001-ci ildən başlayaraq neft fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 11 min mənzil tikilib.
O 2007-ci ildə məcburi köçkünlərin sosial və mənzil problemlərinin həlli üçün dövlət büdcəsindən 90 mln. ayrılacağını da ldiqqət çatdırıb.
Cənab Həsənov məcburi köçkünlərin işlə təminatı məsələsinin hökumətin diqqətində olduğunu deyib. Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq köçkünlərin işlə təmin olunması üçün davamlı iş aparılır.
Qaçqınkomun sədri son zamanlar BMT-nin Ərzaq Proqramının ianələrinin toplanmasında problem yarandığından Azərbaycanda olan məcburi köçkünlərə ərzaq göndərə bilmədyini bildirib. Onun sözlərinə görə, müvəqqəti olaraq 132 min məcburi köçkün üçün ərzaq pulunu da Azərbaycan hökuməti ödəyir.
Cənab Həsənov hazırda Azərbaycanda üçüncü ölkələrdən olan 5 min insanın yaşadığın bildirib. Onların 70 faizi Rusiya vətəndaşı olan çeçenlərdir.
Qaçqınkomun sədri, ABŞ-İran münasibətləri müharibə müstəvisinə keçərsə Azərbaycan İrandan olan qaçqınları qəbul edə bilərmi? - sualının cavabında komitənin siyasi məsələlərə qarışmadığını bldirib. Ancaq o İrandan qaçqınlar olarsa Azərbaycanın bu məsələ ilə məşğul olacağını da istisna etməyib.