Accessibility links

Azərbaycan üçün Ermənistan-Azərbaycan münaqişəsi, işsizlik və yoxsulluq ciddi problemdir  


"Puls-R" Sosiloji xidmətinin "Azərbaycan 2006-cı ildə" sosioloji monitorinqinin təqdimat mərasimi olub. Moniorinq Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə keçirilib. Sorğu ictimai-siyasi vəziyyət, inkişaf, yaşayış vəziyyəti, problemlər, gəlirlər, qidalanmaya sərf, müvəffəqiyyətlər, rəsmi şəxslərə və qurumlara etibar, hansı KİV-dən informasiya əldə edilməsi, siyasi həyat, siyasi partiyalara, müxalifətə, dinə, etiraz aksiyalarına münasibət, müxalifətin zəifliyinin səbəbləri, iqtidar-müxalifət dialoqu, Ermənistan-Azərbaycan münaqişəsi, kompromislər, dost və düşmən ölkələr və başqa suallar ətrafında keçirilib. Monitorinq Azərbaycanın 15 rayonunda seçmə üsulu ilə min nəfər arasında aparılıb. Xidmət eyni suallarla 2004 və 2005-ci illərdə də sorğu keçirib və müqaisəli təhlil hazırlayıb. Layihənin rəhbəri Rasim Musabəyov bildirib ki, əhali arasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi ilə bağlı narahatçılıq artıb. "Əvvəlki illərdə olduğu kimi Dağlıq Qarabağ münaqişəsi, işsizlik və kasıblıq insanları ən çox narahat edən problem olaraq qalır. Aktual problemlərin ikinci üçlüyünə isə korrupsiya, məmurların özbaşınalığı, və təhsil kimi problemlər daxildir". Onun sözlərinə görə, respondentlər ölkədəki mövcud durumu sabit qiymətləndirir. "Sorğu iştirakçılarının mütləq əksəriyyətinin fikrincə, kütləvi etiraz aksiyalarının baş verməsi gözlənilmir. Üçillik dinamika Azərbaycanda mövcud həyata qorxu hissi ilə yanaşanların sayının əhəmiyyətli dərəcədə azalmasını, tərəqqi terminilə xarakterizə edənlərin sayının gözə çarpan dərəcədə artıdığını göstərir. Sorğuda iştirak edənlərin 22,1 faizi ölkədə ictimai-siyasi vəziyyəti yaxşı, 57,7 faizi sakit, 15,1 faizi gərgin, 4,6 faizi kritik kimi qimyətləndirir. Respondentlərin 69,3 faizi ictimai-siyasi inkişafı düzgün, 23,7 faizi yanlış kimi dəyərləndirir". R. Musabəyov sorğunun nəticələrinə əsaslanaraq əhalinin maddi vəziyyətinin yaxşılaşmaqda olduğunu bildirib. "Respondentlərin üçdə biri maddi çətinlik çəkmədiyini bildirir. Bununla yanaşı, sorğuda iştirak edənlərin 8 faizi yaşamaq uğrunda mübarizə apardığını, 49 faizi çətinliklə dolandığını deyib. Ailələrin böyük əksəriyyəti qazandığı vəsaiti yalnız ərzaq üçün xərcləyir. İnsanların böyük hissəsi kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Sorğu əsas enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətləri artırılmamışdan öncə keçirilib. Qiymətlər qaldırılandan sonra vəziyyətin necə olacağı sual doğurur". Onun sözlərinə görə, əhalinin çoxu ölkənin inkişafını islahatlarda və demokratiyada görür. "Ancaq radikal islahatlar istəyənlərin sayı əvvəlki illərə nisbətdə xeyli azalaraq 30 faiz təşkil edir. Çoxluq davamlı və sakit islahatları dəstəkləyir. Əhali həmçinin müvəfəqiyyətin əsas mənbəyini hakimyyətdə deyil pulda görür. Bu isə kapitalist şüurunun yaranmasına bir işarədir. Respondentlər həmçinin yaxşı təhsili dəstəkləyir". Layihə rəhbəri bildirib ki, sorğuda iştirak edənlərin əksəriyyəti ən yüksək etibarlılıq institutu kimi prezident, ordu və medianı göstərir. "Maraqlıdır ki, dövlətin digər intutlarına etibarlılıq çox aşağıdır. Respondentlərin 71 faizi prezidentə tam etibar edirsə də, 38,9 faizi orduya inanır. Bunnula yanaşı, parlamentə, Nazirlər Kabinetinə, icra hakimiyyətlərinə, hüquq mühafizə orqanlarına etibar edənlərin sayı 10-14 faiz arasında dəyişir. Məhkəmələrə, bələdiyyələrə və siyasi partiyalara inanların sayı isə 4-8 faiz arasındadır. Dini təşkialatlara inanların da sayı kəskin azalmaqdadır. Belə ki, ötən il bu 19,5 faiz idisə, bu il 8,6 faizə enib. Respondentlərin 14,6 faizi KİV-ə tam, 65,1 faizi isə qismən etibar edir". İnsanlar informasiya mənbəsi kimi əsasən ANS televiziyasına(67%), qəzetlərdən isə "Yeni Müsavat"a (5%) etibar edir. "AzTV və "İctimai" televiziyanın seyrçilərinin sayı isə ötən illərə nisbətdə müsbət dinamika ilə inkişafdadır. Bununla yanaşı, internetdən məlumat mənbəyi kimi istifadə edənlərin sayı cəmi 0,9 faizdir" - deyə R.Musabəyov vurğulayıb. Onun sözdərinə görə, respondentlər siyasi həyatı passiv dəyərləndirir. "İnsanlar özlərini təhlükəsiz hiss edir və eyni zamanda hüquqları uğrunda kollektiv deyil təklikdə mübarizəyə üstünlük verir. Eyni zamanda iqtidar müxalifət dialoqunun vacibliyini dəstəkləyənlər çoxluq təşkil edir. Sorğuda iştirak edənlər əvvəlki illərdəki kimi hakimiyyətdə radikal dəyişiklikləri deyil, davamlı dəyişikliklərə üstünlük verir". Layihə rəhbərinin fikrincə, insanlar Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində verilən nikbin bəyanatlara şərik deyil. "Respondentlərin çoxu "nə sülh, nə müharibə" vəziyyətinin davam edəcəyini güman edir. İnsanlar hər hansı kompromisi qəbul etmir. Respondentlər müharibə variantına da üstünlük vermir". Sorğuda iştirak edənlərin böyük əksəriyyəti Türkiyəyə dost, Ermənistana isə düşmən ölkə kimi baxır. "Rusiya və İran isə həm dost, həm neytral, həm də düşmən ölkələr arasında yüksək yer tutur. İnsanalar ABŞ-a daha çox dost və neytral ölkə kimi üstünlük verir. Rusiya və İran isə dost, neytral və düşmən ölkələr sırasında 1-3-cü yerləri bölüşdürür. Dost ölkələr arasında QUAM-a daxil olan Gürcüstan və Ukraynanın çəkisi sürətlə artmaqdıdır".
XS
SM
MD
LG