Accessibility links

Azərbaycan və Qazaxıstan qazax neftinin nəqli ilə bağlı saziş imzalayıb


Bu gün Astanada KazMunayQaz Səhmdar Cəmiyyəti və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında neftin nəqli haqqında saziş imzalanıb. Sənədə əsasən, tərəflər neft-qaz sahəsində əməkdaşlığı davam etdirmək və Qazaxıstan neftini Azərbaycan ərazisindən nəql etmək, həmçinin ARDNŞ neft-qaz infrastrukturundan birgə istifadə etmək istəklərini bildirir. Bu barədə «Turan» Agentliyi ARDNŞ-a istinadən məlumat yayıb. Neftin Qazaxıstandan nəqli Xəzər dənizi və Azərbaycan tərəfindən beynəlxalq bazarlara Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə həyata keçiriləcək. Dəniz vasitəsilə neft tankerlərlə daşınacaq və Bakı-Tbilisi-Ceyhan boru-kəmər sisteminə töküləcək. Başlanğıc mərhələdə bu yol ilə ildə 23 mln. ton neft nəql ediləcək. Sonradan bu həcm 1,5-2 dəfə artırılacaq (ildə 35-36 mln. ton).
XS
SM
MD
LG