Accessibility links

Azərbaycan Gürcüstana təbii qaz verməyə başlayır


«Turan» Agentilyinin məlumatına görə, yanvarın 11-dən Azərbaycandan Gürcüstana təbii qaz nəqlinə başlanacaq.

"Azəriqaz" QTSC-dən bildiriblər ki, bu ilin yanvarında Azərbaycan Gürcüstana 30 mln kubmetr qaz icrac etməyi nəzərdə tutur. Təsdiq edilmiş qrafikə əsasən, yanvarın 11-dən 20-sinə qədər sutkada 3 mln kubmetr həcmində qaz veriləcək. Qazın Gürcüstana ixracına dair razılıq bu il dekabrın sonlarında əldə edilib. Azərbaycan qazın min kubmetrini 120 dollardan satacaq. İxracat 1200 millimetrlik Hacıqabul-Qazax boru kəməri ilə həyata keçiriləcək.

Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov hesab edir ki, Rusiyanın təzyiqlərindən sonra Azərbaycanın Gürcüstana təbii qazla kömək etməsi hər iki dövlətin müstəqilliyinin göstəricsidir. Onun fikrincə, Gürcüstanın müstəqilliyinin müdafiəsi Azərbaycan üçün çox vacibdir. İki dövlətin layiqli münasibəti gələcəkdə Transxəzər qaz kəmərinin reallaşmasına da mühüm kömək edə bilər.

XS
SM
MD
LG